"Bütün ölkələr kimi İsrail də öz süveren hüququndan istifadə edərək terrorçulara qarşı mübarizəyə başlayıb" - DEPUTAT
"Çox təəssüf ki, terrorçu qrupların İsrailə hücumu nəticəsində çoxsaylı sivil insan həlak olub və əsir götürülüb".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, 21-ci əsrdə, bu qədər beynəlxalq hüquq və prinsiplərin müəyyənləşdirildiyi vaxtda hələ də terrordan istifadə olunursa demək bu qeyd etdiyim hüquqlar işləmir:
"Hətta İsraildə ölənlər və əsir götürülənlər arasında xarici vətəndaşlar da mövcuddur. Paylaşılan videolardan da görünən odur ki, hər şey açıq-aşkar bu birbaşa terrordur. Mən ilk dəfə həmin görüntüləri görərkən Xocalını xatırladım. Həmas qrupları qadınlara, uşaqlara qarşı çox böyük qəddarlıqlar göstərir. Bütün ölkələr kimi İsrail də öz süveren hüququndan istifadə edərək terrorçulara qarşı mübarizəyə başladı.Terrorçular mülki insanların yaşadığı məntəqələri, mülki obyektləri, mülki şəxsləri qəsdən hədəf alıb, raket zərbələri endirirlər. Çoxsaylı mülki insanların ölümü və yaralanması ilə müşayiət olunan hücumların qarşısı tezliklə alınmalı və həmin yaraqlılar zərərsizləşdirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1329 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabr