Xaçmazda tükürpədici olay: İti güllələyib dərəyə atdılar - FOTO
Xaçmazda tükürpədici hadisə baş verib. Xaski cinsindən olan it baş nahiyəsindən naməlum şəxs tərəfindən odlu silahla güllələnərək öldürülüb.
Bu barədə Bizim.media-ya Xaçmazda yaşayan heyvansevər fəal Nailə Rüstəmli məlumat verib.
Onun sözlərinə görə, hadisə barədə ona rayon sakinləri xəbər veriblər. N.Rüstəmli deyilən ünvana gedərək yaralı heyvanın atılmış yerdən çıxarılmasında iştirak edib və iti evinə gətirib:
"Oktyabrın 1-də mənə xəbər verildi ki, Köhnə Xaçmaz kəndində piyada körpüsünün altındakı dərədə bir yaralı it var. İki gündür, it orda ulayır. Yaxınlıqdakı yas yerinə gələnlər də onun səsini eşidib narahatlıq keçiriblər. Mən dərhal həmin yerə gəldim, ətrafdakı insanlar dərəyə enib heyvanı çətinliklə oradan çıxardılar. Un kisəsinin içində bağlanmış halda olan xaski cinsindən it yaralı idi. Mən dərhal onu evimə gətirib ilk yardım göstərib, Bakıya heyvan klinikalarından birinə göndərdim".
Klinikada məlum olub ki, heyvan başından odlu silahla vurulub. Burada aparılan müalicə tədbirlərinə baxmayaraq it can verərək ölüb.
Heyvansevər fəal bildirib ki, yaralı tapılan xaskinin ev iti olduğunu və sahibi tərəfindən güllələndiyini ehtimal edir, çünki boynunda xaltası olub. Nailə Rüstəmli dilsiz-ağızsız heyvana insan tərəfindən edilən zorakılıq və vəhşilikdən çox hiddətləndiyini deyib.
O, yaralı heyvana nəvaziş göstərərkən itin necə sevindiyini, quyruğunu buladığını unuda bilmədiyini də söyləyib.
Xaçmazlı heyvansevər fəal rastlaşdığı heyvan zorakılığı ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini açıqlayıb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba bölməsinin baş inspektoru, polis baş leytenantı, Xəyal Talıbov bildirib ki, məlumat polis şöbəsinə yeni daxil olub. Fakt təhqiqat bölməsində araşdırılır, məsələyə hüquqi qiymət veriləcək.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1495 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr