SON DƏQİQƏ: Bakıda tanınmış iş adamı həbs edildi
"Alyans Biznes" MMC və bir neçə şirkətin rəhbəri Elxan Vahidov həbs edilib.
Manset.az xəbər verir ki, iş adamı barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (Külli miqdarda verdini ödəməkdən yayınma) maddəsi ilə açılmış işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilib.
Bildirilib ki, E.Vahidovun şirkətlərinin büdcəyə ümumilikdə 283 min 383,82 manat vergi borcu formalaşıb və o, həmin vergiləri ödəməkdən yayınıb.
Belə ki, mülki iddiaçı Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi E.Vahidovdan 63 min 577,25 manat, digər mülki iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə 219 min 806,57 manat tutulmasını tələb edib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə iş adamına 2 il 6 ay müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il, 2 ay, 14 gün müddətə həbs cəzası verilib.
Cəza təyin edilərkən onun ev dustaqlığında olma müddəti nəzərə alınıb. Həmçinin E.Vahidova qarşı mülki iddialar təmin olunub. Məhkəmə qərar verib ki, dövlət büdcəsinə vurduğu 283 min 383,82 manat pul vəsaiti E.Vahidovdan tutularaq dövlət büdcəsinə keçirilsin.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 45261 Tarix: 09 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabr