"Terror dövləti Fransanın bu qədər riyakar, ikiüzlü və çoxstandartlı olması ikrah doğurmaqdadır"-DEPUTAT
"Fransa "Həmas"ın hücumunda həyatını itirənlərlə həmrəylik nümayiş etdirmək üçün Eyfel qülləsini İsrail bayrağında işıqlandıracaq.Terror dövləti Fransanın bu qədər riyakar, ikiüzlü və çoxstandartlı olması ikrah doğurmaqdadır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, təşkilatlanmış və dövlət səviyyəsində dəstəklənən erməni terrorunu 140 ildən çoxdur ki, himayə edən Fransa bu gün antiterror subyekti kimi davrana bilməz.
Afrikada, Asiyada, Mərkəzi Amerikada 10 milyondan artıq insanı məhz fransız olmadığına görə qətlə yetirən soyqırım canisi Fransa terror əleyhdarı kimi nə qədər səmimi ola bilər?
"Cənubi Qafqazda sülhün qarşısında əsas maneəyə çevrilən, ötən 30 il ərzində Ermənistanın Azərbaycana qarşı davam etmiş terror-təcavüz və işğal cinayətlərini siyasi və maliyyə dəstəyi ilə təmin edən Fransanın bu gün guya yəhudilərin dərdinə "şərik" çıxırmış kimi fon yaratması və əlindəki milyonlarla insanın hələ qurumamış qanı ilə İsrailin bayrağını, Davidin ulduzunu çirkləndirməyə çalışması yolverilməzdir.
Bu ilin əvvəlindən etibarən Avropada birbaşa Fransa hökumətinin nəzarətindəki media orqanlarında, o cümlədən Fransanın maliyyəsi ilə fəaliyyət göstərən Ermənistan KİV-lərində anti-İsrail ritorikası pik həddə çatmışdı. Hətta cəmi iki gün öncə "EU Reporter" saytında "2023: The resurgence of anti-semitism" (Antisemitizmin dirçəlişi) adlı məqalədə ermənilərin yəhudilərə artan nifrəti İsrail-Azərbaycan tərəfdaşlığı fonunda təhlil olunmuş və mövcud situasiyadan narahatlıq ifadə edilmişdi.
Fransanın Ermənistanda təsir imkanlarının artdığı bir dövrdə, İrəvandakı Yəhudi sinaqoquna cəmi 5 gün öncə vandal hücumu və hücuma görə "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" - ASALA-nın məsuliyyəti üzərinə götürməsi bu narahatlığın əbəs olmadığını üzə çıxarmışdı. Sirr deyil ki,
ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşsə də, rəhbərləri bir qayda olaraq Marseldə iqamətgahlanır və Fransanın himayəsində mövcudiyyətini qoruya bilir.
Bu mənada, əgər dünya ictimaiyyəti Yaxın Şərqdə və Cənubi Qafqazda yeni cinayətlərin törədilməməsində, terrorun qarşısının alınmasında həqiqətən maraqlı və israrlıdırsa, ilk növbədə Həmas-ASALA və Fransa triosunun, o cümlədən Fransanın təsir imkanlarına malik bölgələrdəki birgə fəaliyyət şəbəkəsini araşdırmalıdır".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1388 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr