Təhlükəsizlik Şurasının katibi: "Erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq üçün tarixi fürsət verilib"
"Millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilib".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin "Qisas", "Qətiyyətli cavab" və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması "Dəmir yumruğ"un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi: "Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan "boz zona"nın birdəfəlik ləğvini təmin etdi".
R.Usubov qeyd edib ki, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir: "Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Həmçinin millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 777 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr