QHT Agentliyi qrant müsabiqələri elan edib

QHT Agentliyi qrant müsabiqələri elan edibQeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi gələn il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Agentlikdən "Report"a verilən məlumata görə, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna noyabrın 10-də başlanacaq.

Müraciət üçün son tarix 10 dekabrdır. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);
• Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
• Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi arzuolunandır.

Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:

A. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, "yaşıl düşüncə"nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir)

B. Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi

(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə işə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir);

C. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi "minasız dünya"nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir)

D. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük verilir);

E. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər

(A, B, C, D kateqoriyaları üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük verilir).

Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi (nümunə əlavə olunur - kiçik, orta, böyük qrantlar üzrə );
• layihənin icra planı (nümunə əlavə olunur);
• layihənin xərclər smetası (nümunə əlavə olunur);
• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə) (nümunə əlavə olunur);
• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı"nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur);
• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur).

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• QHT-nin Nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri.

Meyarlar

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;
• layihənin innovativliyi;
• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
• layihə üzrə risklərin təhlili;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2023-cü il noyabrın 10-dan dekabrın 10-dək Agentliyin saytında aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected] (+994 12) 493-15-81


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 605   Tarix: 10 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr