""Olympus MMC" mülkümü qəsb edir" - Şikayət
""Olympus MMC" tərəfindən bizim yaşadığımız ərazidə yeni pilot layihəyə uyğun binalar tikilir. Mənə etdikləri təklif qane etmədiyi üçün razılaşmadım və evimdən çıxmadım. Buna görə də düz bir ilə yaxın müddətdir ki, qazı, 3-4 aydır ki, suyu kəsiblər".
Bu şikayətlə "Qafqazinfo"ya Nəsimi rayonu, Abay küçəsi ev 8 ünvanında yaşayan Ələkbər Tağıyev müraciət edib.
Şikayətçi bildirir ki, şirkət onu evdən çıxarmaq üçün müxtəlif narahatçılıqlar yaradır, həm maddi, həm də mənəvi zərərlər verir: "Yaşadığım ev 139 kvadrat metrdir. Onlar təklif edir ki, bunun əvəzində mənə iki ev və yerdə qalan 34 kvadrat metri 1500 manatdan hesablayaraq 51 min manat pul versinlər. Mən isə bununla razılaşmıram. Buna görə də hazırda şirkət tərəfindən evimin ətrafında qazıntı işləri gedir və qəsdən suyu, qazı kəsiblər. Evimin divarının düz yanında quyu qazıyıblar ki, divar çöksün. Qaz və su olmadığı üçün acınacaqlı vəziyyətdə yaşayırıq. Etdikləri təkliflə razılaşmadığım üçün 5 yaşlı və 9 aylıq iki körpə uşaqla qalmışıq belə...Məndən başqa, həmin ərazidə, yaxınlıqda yaşayan və qiymətlə razılaşmayan daha 3-4 ailə var".
Vətəndaş bildirir ki, həm evi, həm də torpağı özəlləşdirib. Elə şirkətlə aralarındakı problemə də bu səbəb olub. Şirkət iddia edir ki, torpaq vətəndaşa deyil, dövlətə məxsusdur. Bu səbəbdən də "Olympus MMC" məsələ ilə əlaqədar məhkəməyə də müraciət də edib.
Belə ki, iddiaya görə, şirkət bu fikirlə razılaşmır. Buna görə də vətəndaşı məhkəməyə verib.
Məsələ ilə bağlı "Olympus MMC"nin əməkdaşı Cəlal Fərəcullayevlə əlaqə saxladıq. O, vətəndaşın dediklərinin həqiqətə uyğun olmadığını bildirib: "Vaxtilə ona təkliflər olunub və razılaşmayıb. Bundan sonra məhkəməyə müraciət edilib. Vətəndaşın dedikləri yalandır. Daha ətraflı isə şirkətin hüquqşünası ilə danışın".
Əlaqə saxladığımız şirkətin hüquqşünası Elmar Kərimov isə sözügedən məsələ haqda heç bir məlumat verə bilməyəcəyini bildirdi.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 917 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr