Veysəloğlu Şirkətlər Qrupu işə qəbul prosesini asanlaşdırdı

Veysəloğlu Şirkətlər Qrupu işə qəbul prosesini asanlaşdırdıŞirkətlər Qrupu "job.veyseloglu.az" portalını istifadəyə verdi

Namizədlərin rahat və tez bir zamanda müraciətini təmin etmək məqsədi ilə yaradılan portalda cari vakansiyaları izləmək və Şirkətlər Qrupunun iş mühiti ilə tanış olmaq imkanı yaradılıb.

Şirkətlər Qrupu və Qrupa daxil olan bizneslərdə müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər həmçinin "job.veyseloglu.az" portalına daxil olaraq özlərinə şəxsi kabinet yarada və məlumatlarını əlavə edə bilərlər.

Portalda artıq profiliniz mövcuddursa, həmin profil məlumatları ilə Şirkətlər Qrupuna daxil olan istənilən şirkətin karyera portalına yenidən qeydiyyat etmədən daxil ola bilərsiniz. Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunur.

Profilinizi daima yeniləyərək və məlumatları əlavə edərək işə qəbul üçün bir addım daha yaxın ola bilərsiniz.

Qeyd edək ki, işə qəbul komandası tərəfindən aktiv olan vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılır, digər profillər portalın namizəd bazasına əlavə edilərək münasib vakansiyalar üzrə yenidən dəyərləndirilir.

"Veysəloğlu Şirkətlər Qrupu olaraq ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini dəstəkləyirik. Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstəririk. Məlum olduğu kimi, şirkətimiz qeyri-neft sektorunda Azərbaycanın ən iri işə götürən təşkilatlarından biridir və komandamız gün ərzində işə qəbul ilə bağlı çox sayda müraciət qəbul edir. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciətlər prosesini asanlaşdırmaq, həm də şirkətimiz üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Bundan əlavə, əmək bazarında ixtisaslı kadrları doğru dəyərləndirərək onların şirkətimizdə işlə təmin edilməsinə şərait yaradaraq ölkə iqtisadiyyatına dəyər qatırıq",- deyə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov vurğulayıb.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində qaliblərdən biri elan edilib. 


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2297   Tarix: 10 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr