"Əminəm ki, Xocalı qatillərindən biri olan Vitali Balasanyan da tezliklə həbs ediləcək" - DEPUTAT
"Azərbaycan 44 günlük Vətən müharibəsində bütün dünyaya əsil müharibə mədəniyyətini göstərdi".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Araik Arutyunyanın və digər terrorçuların həbs edilməsi və onların Bakıya gətirilməsi Azərbaycan dövlətinin növbəti möhtəşəm qələbəsidir:
"Qoca və uşaq demədən soydaşlarımızı vəhşicəsinə qətlə yetirən bu cəlladların qanunla cəzalandırılma zamanıdır. Həbs edilərək Bakıya gətirilən Araik Arutyunyanın, Bako Sahakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Ruben Vardanyan və Davit Azati Manukyanın hər birinin əli soydaşlarımızın qanına bulaşmış qatillərdir. Bu cinayətkarı əsla bağışlamaq olmaz. 30 ilə yaxındır ki, bu cinayətkarların layiq olduqları cəzanı alacaqları günü gözləyirik. Bu gün hüquq-mühafizə orqanların əlində bu cinayətkarın qanlı əməllərini sübut edən kifayət qədər maddi sübutlar mövcuddur. Düşünürəm ki, yalnız cinayətkarlar layiqli cəzalarını aldıqdan sonra şəhidlərimizin ruhu rahatlıq tapacaq".
Deputat vurğulayıb ki, bütün cinayətkarlar tökdükləri hər damala qana görə cavab verməlidir:
"Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, torpaqlarımızın işğalında xüsusi rolu olanlardan biri də Vitali Balasanyandır. Vitali Balasanyan göstərdiyi şücaəti ilə erməni quldurlarını qorxuya salan, Azərbaycanın igid oğullarından biri olan Natiq Qasımova dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Bilirsiniz ki, 1992-ci ildə Vitali Balasanyan Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə hüquq-mühafizə orqanlarımız tərəfindən axtarışa verilmişdi. Bu vəhşinin zülümünə məruz qalan soydaşlarımızın başlarına gətirlən oyunları dinlədikcə insan dəhşətə gəlir. Əminəm ki, Xocalı qatillərindən biri olan Vitali Balasanyan da tezliklə həbs edilərək qanunla layiq olduğu cəzanı alacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1446 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr