Bakıda evlərə istilik noyabrın 1-dən veriləcək? - RƏSMİ CAVAB
Azərbaycanda hava şəraiti kəskin dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.
BAKU.WS xəbər verir ki, bu günlərdə paytaxt Bakıda da soyuq hava müşahidə olunur.
Havaların soyuq keçməsi səbəbindən Bakıya, eləcə də rayonlara istilik sistemi vaxtından əvvəl verilə bilərmi?
Mövzu ilə bağlı "Azəristiliktəchizat" ASC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qurumun fəaliyyətin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib:
"Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 303 N-li 5 sentyabr 2023-cü il tarixli İstilik Enerjisindən İstifadə Qaydaları təsdiq edilib ki, bu da müstəqil Azərbaycanda bu fəaliyyəti tənzimləyən ilk rəsmi sənəddir.
İstilik Enerjisindən İstifadə Qaydaları istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yarana biləcək bütün nüanslarıtənzimləmək üçün nəzərdə tutulur. Məhz həmin qaydalara əsasən, ölkə ərazisində rayonlar üzrə istilik mövsümünün başlaması və bitməsi müddəti müəyyən edilir. Belə ki, təsdiq edilmiş qaydalara əsasən, ölkənin aşağıda adını çəkdiyimiz dağ rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır və mayın 1-də başa çatır:
Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı.
O ki qaldı Bakıda evlərə noyabrın 1-dən istilik verilməsinə, "Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istiliklə istiliklə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və "Azəristiliktəchizat" ASC-ə Azərbaycan Respublikasının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlaması və bitməsi ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verib və hazırda qeyd olunan qurumlar tərəfindın işlər aparılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1349 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr