"O biri terrorçular kimi Vitali Balasanyan da tezliklə layiq olduğu cəzanı alacaqdır" - DEPUTAT
"Bu gün Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa edən güclü dövlətdir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, əlləri soydaşlarımızın qanına bulaşmış Araik Arutyunyanın, Bako Sahakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Ruben Vardanyan və Davit Azati Manukyanın həbsi Azərbaycanın gücünü bir daha bütün dünyaya sübut etdi:
"30 ilə yaxındır ki, xalqımıza qarşı müxtəlif terrorlar, soyqırımlar və cinayətlər törədənlər qanunla layiq olduqları cəzanı alacaqlar. Torpaqlarımızın işğalında xüsusi rolu olan, əsir götürülən azərbaycanlılara qarşı ağır işgəncələr verərək onları vəhşicəsinə qətlə yetirənlərdən biri də Vitali Balasanyandır. Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib. Vitali Balasanyan təkbaşına 5 gün ərzində gecə-gündüz vuruşaraq düşmənə qan udduran, Azərbaycanın mərd oğullarından biri olan Natiq Qasımova ağır işgəncələr verərək qətlə yetirib. İnanıram ki, o biri terrorçular kimi Vitali Balasanyan da tezliklə layiq olduğu cəzanı alacaqdır".
Deputat vurğulayıb ki, 30 ilə yaxındır xalqımız erməni vəhşiliyinin qurbanı olub:
"Artıq pis günlər geridə qalıb. Bu gün cənab prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və düşünülmüş addımları sayəsində Azərbaycan bütün cəbhələrdə qalib gələn dövlətdir. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ordumuzun 44 günlük Vətən müharibəsində istifadə etdiyi döyüş taktikası dünya hərb tarixində yeni səhifə açdı. Bu gün qarşımızda böyük hədəflər var. Hər İnanıram ki, qarşımıza qoyduğumuz bütün hədəflərə cənab prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində nail olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1387 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr