Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşüb

Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşübTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin qəbullarını həyata keçirir. Növbəti belə görüş oktyabrın 10-da Respublika Perinatal Mərkəzində baş tutub.

İcraçı direktor ilk olaraq Suqovuşan-Ağdərə istiqamətində şəhid olan Ağayev Rəşad Rövşən oğlunun ailəsi ilə görüşüb, şəhidin tibb mərkəzində 8 aylıq dünyaya gələn bacısına baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Vüqar Qurbanov daha sonra tibb mərkəzində yeni doğulan üçəmlərə baş çəkərək valideynlərinə övladlarının doğum şəhadətnamələrini yerində təqdim edib.

İcraçı direktor tədris fəaliyyətlərini Respublika Perinatal Mərkəzində davam etdirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra İcraçı direktorun müavinləri, aidiyyəti departamentlərin rəhbərləri, tibb müəssisəsinin direktoru və rəhbər şəxslərin iştirakı ilə 7 nəfər tibb və qeyri-tibb personalı ilə təkbətək görüş keçirilib.

Sığortanın təşkili, ginekoloji, neonatoloji, reanimasiya və intensiv terapiya kimi xidmətlərin yaxşılaşdırılması, bu sahədə kadr potensialının gücləndirilməsi, avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat, xidmət əlçatanlığının təmin edilməsi, kadr çatışmazlığı, tibbi heyətin stimullaşdırılması, tibbi tullantıların utilizasiyası və s. kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.

Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti struktur bölmələrinə zəruri tapşırıqlar verilib.

Xidmət əlçatanlığının, keyfiyyətinin və pasiyent məmnunluğunun artırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirən Vüqar Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya, müəyyən etdiyi strateji xəttə uyğun olaraq bütün tibb müəssisələrində çalışan personalın əhalinin sağlamlığı istiqamətində TƏBİB tərəfindən müəyyən olunan hədəflərə nail olmaq üçün bundan sonra da əzmlə çalışmaqlarının vacibliyini vurğulayıb. O, qarşıdakı müddətdə mövcud çatışmazlıqların ətraflı təhlil olunaraq həlli istiqamətində intensiv və davamlı addımların atılacağını qeyd edib.

Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin Təhlükəsizlik bölməsində çalışan II Qarabağ müharibəsinin qaziləri İsmayılov Elvin Əli oğlu və Qəniyev Sadiq Rövşən oğlu ilə də görüşüb.

Ölkə başçısının müvafiq sərəncamları ilə İsmayılov Elvin Füzulinin, Xocavəndin azad olunmasına görə medalı, "Vətən Müharibəsi iştirakçısı" ordeni, Qəniyev Sadiq isə Füzulinin, Cəbrayılın azad olunmasına görə medal, eləcə də "Vətən Müharibəsi iştirakçısı" ordeni ilə təltif edilib.

Qəbulların məqsədi xəstəxana idarəçiliyinin və kadr potensialının yaxşılaşdırılması, eləcə də personalın rastlaşdığı problemlər, çatışmazlıqlarla yerində tanışlıq və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.

Məlumat üçün bildirək ki, qəbulların TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçirilməsi nəzərdə tutulub.
Vüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşübVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşübVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşübVüqar Qurbanov Respublika Perinatal Mərkəzinin işçiləri ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 853   Tarix: 11 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr