"Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur"- Elman Nəsirov -VİDEOMÜSAHİBƏ
"Cənab prezidentin mövqeyi bundan ibarətdir ki, rus sülhməramlıları Qarabağda 5 il qalsın.İmzaladığımız sənəddə qeyd olunub ki, tərəflərdən biri etiraz etməsə, rus sülhməramlılarının mandatı uzadıla bilər. Belə olan halda, biz etiraz edirik. Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur.Artıq tam suverenlik təmin edilib, Qarabağda əli silahlı erməni qalmayıb. Erməni əhalisi Qarabağdan könüllü çıxıb. Azsaylı erməni qalıb. Ola bilər ki, rus sülhməramlıları qalan azsaylı erməniləri təhlükəsizliyini əsas götürümək istəyirlər".
Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Elman Nəsirov Sonxeber.az-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Qarabağda rus sülhməramlılarının mandatının 5 il daha uzadılma ehtimalı barədə bəyanatına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Cənubi Qafqazda Rusiya və Qərbin maraqları toqquşur.
"Bir yandan Qərb, xüsusilə Vaşinqton, Brüssel, Paris, digər tərəfdən Moskva Qarabağ bölgəsində bir-birilərinə ciddi rəqib kimi baxırlar. Sülh müqaviləsinin imzalanması ilə bağlı yekun qərar Moskvada verilsə, Vaşintqton və Brüssel üçün bu, qəbuledilməz sayılır. Halbuki hər biri bölgədə uzunmüddətli və dayanıqlı sülhdən danışır. Müqavilə Brüssel, Vaşinqton, Parisdə bağlansa, Moskva hesab edir ki, Qərb monopoliyanı ələ almaq istəyir, Ukraynada olduğu kimi Cənubi Qafqazda üsyan çıxarmaq istəyir" ,- deyə deputat əlavə edib.
Elman Nəsirov həmçinin İsrail-Fələstin konflikti ilə bağlı sualları da cavablandırıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya