QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"
QHT rəhbəri: Tərtərdəki mina partlayışı terror hadisəsidir
"Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq".
"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib.
Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: "Hadisənin detallarını görəndə adam dəhşətə gəlir. Bu ərazilər 30 il müddətində minalarla ən çox çirkləndirilən ərazilərdəndir. Keçmiş təmas xətti boyunca bütün ərazilərdə eyni problem yaşanır".
U.Mirzəyev son on gün ərzində üç mina hadisəsinin baş verdiyini xatırladıb. O söyləyib ki, bu ərazilərdə torpağın altı maksimum dərəcədə piyada və tank əleyhinə minalarla çirkləndirilib.
Qeyd edək ki, aprelin 28-də Tərtərin Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
Hadisə nəticəsində həlak olmuş şəxslər "RPS Energy Ltd." şirkətinin əməkdaşları olub.
Faktla bağlı cinayət işi başlanıb.
Sonxeber.az
Telegramda izləyin
Müsahibə Baxılıb: 1709 Tarix: 29 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT
"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas
7 mart 2025Ada Süleymanova: "Gülü sevən, tikanına da qatlaşmalıdır" - MÜSAHİBƏ
Bəzən insan həyatında elə bir məqam gəlir ki, bütün tərəddüdlərini və qorxularını geridə qoyaraq yeni bir başlanğıca addım atır. 29 yaşında aparıcılıq yoluna çıxmaq isə sadəcə peşə seçimi deyil, həm də cəsarətin və özünə inamın hekayəsidir. Bu gün -ın qonağı yeni televiziya siması, lakin arxasında zəngi
5 mart"ChatGPT" niyə bizə ləng cavab verir? - SƏBƏBLƏR
Süni intellekt çatbotu olan "ChatGPT", düşündüyümüzdən daha tez həyatımıza inteqrasiya olub. xəbər verir ki, demək olar hər sualı ona yönləndirir və cavablarını da nəzərə alırıq. "ChatGPT" əksər vaxt tez cavab verir, lakin bəzən gözləniləndən daha yavaş işləyə bilər. Tez-tez verilə
7 dekabr 2025"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ
Deputat Cavanşir Paşazadə -ın suallarını cavablandırıb. - Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?. - Cənab Prezident İlham Əliye
19 fevral 2025