Sülhməramlıların taleyi necə olacaq? - VİDEO
Azərbaycan öz suverenliyini tam bərpa edəndən sonra rusiyalı sülhməramlıların da müvəqqəti yerləşdikləri bəzi ərazilərdə bir neçə müşahidə məntəqələrini bağladığının şahidi oluruq.
Son məlumatlarda isə kontingentin Qarabağı konkret tərk etmə tarixinin rəsmi İrəvanla müzakirə ediləcəyi iddia olunub.
Lakin Ermənistan müdafiə nazirliyi sözügedən məlumatları təkzib edib və belə bir görüşün planlaşdırılmadığını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da sülhməramlılar məsələsinin İrəvanla müzakirə edilmədiyini bildirib və bunu Qarabağın de-fakto və de-yure Azərbaycanın ərazisi olması ilə əlaqələndirib. Ancaq 2020-ci ilin noyabrında birgə qəbul edilən Üçtərəfli Bəyanatda tərəflərdən biri Ermənistan göstərilsə də, Moskvanın bu açıqlaması İrəvanı tərəf olmaqdan uzaqlaşdırır, deməli, dolayısı ilə həm Üçtərəfli Bəyanatın məlum bəndi qüvvədən düşür, həm də sülhməramlıların Qarabağdakı missiyasının tezliklə başa çatacağı fikri konkretləşir.
Qeyd edək ki, razılaşmaya əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyət müddəti 2025-ci ildə sona çatır. Üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri qarşı çıxmazsa, müddət avtomatik olaraq 5 il də uzadılır. Lakin mövcud vəziyyətin fonunda verilən açıqlamalar onu göstərir ki, artıq tərəflərdən biri yoxdur və beləliklə, bəyanat da əhəmiyyətini itirib.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb