Milli Məclisdə Prezident İlham Əliyevin ali mükafatla təltif olunması təklif edilib

Milli Məclisdə Prezident İlham Əliyevin ali mükafatla təltif olunması təklif edilibMilli Məclisdə Prezident İlham Əliyevin ali mükafatla təltif olunması təklif edilib.

"Report"un xəbərinə görə, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxış edib.

Deputat xatırladıb ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi:

"2020-ci ildə Qarabağın fatehi, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti nəticəsində ulu öndərin bu arzusu da həyata keçdi, torpaqlarımız işğaldan azad olundu, Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.

Məhz İlham Əliyevin yaratdığı yeni reallıq nəticəsində bu gün Azərbaycan xalqı gələcəyə nikbin baxa bilir, dünyada ölkəmizə diqqət, inam və etimad daha da artıb".

Onun sözlərinə görə, bu gün işğaldan azad olunmuş ərazilər məhz onun bilavasitə diqqət və qayğısı, birbaşa nəzarəti ilə yenidən qurulur və bərpa olunur:

"Yeni bina, məktəb, bağça, xəstəxana və məscidlər inşa olunur, təhsilimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox ciddi addımlar atılır. Heç şübhəsiz ki, qarşıda bizi hələ daha böyük işlər və qələbələr bizi gözləyir. Bu gün əsas hədəflərdən biri Zəngəzur dəhlizinin ən qısa vaxtda açılmasıdır. Biz əminik ki, İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılacağı gün heç də uzaqda deyil. Bu gün atılan müdrik və uzaqgörən addımların bir hissəsi ona hesablanıb".

C.Məmmədov çıxışının sonunda şəhid ailələrinin bir israrlı arzu və təklifini diqqətə çatdırıb:

"Onların arzusu xüsusi bir adın, ali mükafatın təsis olunması və Prezident İlham Əliyevin təltif edilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 891   Tarix: 12 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr