Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir
Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.
Hərbi Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, Beyləqan rayonunda rayon rəhbərliyi, eləcə də işğaldan azad olunmuş Xocavənd və Füzuli rayonlarında Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə birgə keçirilən tədbirlərdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər guşəsi ziyarət olunub, önlərinə gül dəstələri düzülüb. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçənlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Mərasimlərdə çıxış edən Hərbi prokurorun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov, Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Füzuli hərbi prokuroru, ədliyyə polkovniki Elçin Hacıyev, polkovnik Ruslan Ağasıyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, həmin uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Mərasimlərdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib