"Bəzi üçüncü ölkələr vəziyyəti gərginləşdirməyə çalışır, bunlardan biri Fransadır" Politoloq

"Bəzi üçüncü ölkələr vəziyyəti gərginləşdirməyə çalışır, bunlardan biri Fransadır" PolitoloqOktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüşdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan xüsusi xidmət orqanlarının və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbərləri iştirak etmişlər.
Ölkə başçısı tədbirdəki çıxışında bir çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu, bir sıra məsələlərə aydınlıq gətirdi. Prezident həmçinin dünyada və regionda öz mənafeləri naminə qeyri-konstruktiv və təxribatçı mövqedən çıxış edər ölkələr, xüsusilə Fransanın mövqeyindən danışıb.
Qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlanılması regional təhlükəsizliyi təhdid edən əsas problem idi. Bu gün bu maneə aradan qaldırılıb və indi davamlı sülhün təmin olunması üçün unikal fürsət yaranıb.
Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılması üçün hər zaman ardıcıl mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatın bəzi müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsi bu ölkənin ənənəvi təcavüzkar siyasətini davam etdirmək niyyətinin göstəricisi idi.
Azərbaycan Ermənistandan fərqli olaraq regional problemlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsinin tərəfdarı olub. Rəsmi Bakının irəli sürdüyü "3+3" əməkdaşlıq formatı Cənubi Qafqazda açıq qalan və mübahisə doğuran məsələlərin konstruktiv ruhda müzakirəsi üçün ən effektiv platforma ola bilər. Lakin təəssüf ki, biz Ermənistan hakimiyyətinin tamamilə fərqli və qeyri-adekvat addımlarının şahidi oluruq. Bəzi üçüncü ölkələr isə bu prosesdə qeyri-konstruktiv mövqedən çıxış edərək, vəziyyəti gərginləşdirməyə çalışır. Belə ölkələrdən biri də Fransadır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar da bu qərəzli siyasətin davam etdirildiyini göstərir.
Bildirilib ki, Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Ona görə də bu gür keçmişə malik olan Fransanın bu gün dünyanın digər bölgələrindəki münaqişələrin aradan qaldırılmasında vasitəçilik etməsi mümkün deyildir.
Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Çünki bölgədə sülh, əməkdaşlıq və rifahın təmin olunması üçün sülh sazişinin imzalanması vacib əhəmiyyət kəsb edir. Azərbaycan bu məsələdə istənilən ölkənin, beynəlxalq təşkilatın vasitəçilik təşəbbüsünü alqışlayır. Lakin bu cür təşəbbüslər səmimi və tərəfsiz olmalıdır. Biz isə onu müşahidə edirik ki, bəzi ölkələr Azərbaycana qarşı əsassız ittihamlarla, böhtanlarla çıxış edir. Qərəzli bəyanatlar səsləndirir. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edir. Bu, yumşaq ifadə etsək, tamamilə anlaşılmaz bir mövqedir. Digər tərəfdən, vasitəçilik missiyasının ən vacib prinsipi tərəfsizlikdir. Ona görə də birmənalı olaraq Ermənistanı dəstəkləyən, beynəlxalq hüququn fundamental prinsiplərini nəzərə almayan dövlətlərin vasitəçilik missiyası heç bir nəticə verə bilməz.
Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Cənubi Qafqazda davamlı sülhün yaradılmasının başlıca formuludur. Regiondan uzaq bəzi dövlətlərin bölgədəki proseslərə müdaxilə etmək cəhdləri münasibətlərin normallaşmasına müsbət töhfə vermir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 994   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr