Estoniyalı jurnalist Şuşa Qlobal Media Forumundan yazıb

Estoniyalı jurnalist Şuşa Qlobal Media Forumundan yazıbCari ilin iyul ayında Şuşa Qlobal Media Forumunda Estoniyanı təmsil edən jurnalist Thea Karin Estoniyanın nüfuzlu "Reisimaailm" jurnalında geniş məqaləsi dərc olunub. Müəllif məqalədə Bakının çoxlu parkları, yaşıllıqları, gözəl köhnə şəhəri və Xəzər dənizinə fantastik mənzərəsi olan bənzərsiz bir şəhər olduğunu qeyd edir. Yazır ki, axşamlar şəhər daha da cazibədar görünür.

AZƏRTAC məqaləni təqdim edir.

Qarabağda Beynəlxalq Media Forumu

İyulun 20-24-də Şuşada keçirilən "New Media in the Era of the 4th Industrial Revolution" media forumuna biz əsrarəngiz təbiətli gözəl dağ yolları ilə getdik, hər tərəfdə dağılmış binalar və minalarla bağlı xəbərdarlıq işarələri görürdük.

İlk olaraq, Füzuli Beynəlxalq Hava Limanına endik. Yaxınlıqda 2020-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsinə abidə ucaldılıb. Bu gün Füzuli xarabalığa çevrilmiş bir ruhlar şəhərini xatırladır – burada yalnız bərpa işləri aparmağa və Bakıdakı kimi parklar salmağa çalışan inşaatçılar gözə dəyir.

Forumun əsas diqqət çəkən məqamlarından biri Baltikyanı, Ərəbistan, Afrika və Rusiyadan gəlmiş jurnalistlərin suallarını iki saatdan artıq yorulmadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyevlə görüş idi. O, ingilis, rus və türk dillərində mükəmməl danışırdı. Prezident bizimlə Qarabağın yaxın gələcəyinin necə olacağı, eyni zamanda, regionda bir milyona yaxın minanın təmizlənməsi ilə bağlı görülən işlər haqqında çoxlu maraqlı məlumatlar paylaşdı.

Belə görünür ki, torpağı minalardan təmizləmək üçün ən azı on beş-iyirmi il vaxt lazım olacaq.

Prezidentlə görüşdən sonra növbəti gün jurnalistlərin gələcəyi üçün vacib olan mövzulara, məsələn, medianın yaxın gələcəyinə və Vaşinqtondan gəlmiş bir panel iştirakçısının "xəbərlərin öldüyünü" söyləməkdə haqlı olub-olmamasına həsr olundu. Jurnalist üçün ən böyük təhlükənin birbaşa münaqişə gedən ərazidə deyil, sülh dövründə ölməsinin olduğunu, süni intellektin və chatGPT-nin ümumilikdə bizim və jurnalistlərin həyatına nələrin gətirdiyini, eləcə də təhlükəsizlik məsələləri haqqında müzakirələr etdik.

Mədəniyyət paytaxtı Şuşa

Prezident İlham Əliyev 2021-ci ildə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, çünki Şuşadan ölkə mədəniyyəti üçün önəmli olan bir çox şairlər, muğam ifaçıları və yazıçılar çıxıb.

XVIII əsrdə Qarabağ xanlığının paytaxtı kimi Şuşa Cənubi Qafqazın mədəniyyət mərkəzi kimi tanınırdı. Buraya ölkənin hər yerindən ziyalılar, şairlər, yazıçılar və musiqiçilər axışıb gəlib. Şuşalı mədəniyyət xadimlərini ümumi şəkildə şuşalılar deyə adlandırırlar. Şuşa, öncə qurucusu Pənahəli xanın adını daşıyıb (əvvəllər Pənahabad (Pənah şəhəri) kimi tanınıb), sonra Şuşa adlandırılıb ki, bu söz də fars dilindəki şişa sözündən götürülərək şüşə kimi tərcümə olunur. Şuşada xalça muzeyi açılıb. Çünki Şuşa vaxtilə Azərbaycan xalçaçılığının mərkəzi olub.

Buradakı xalçalarda Qarabağın təbiət motivləri əks olunur. Uzun müddət Bakının Böyük Xalça Muzeyində saxlanılan xalçaların bir qismi indi Şuşa Muzeyinə qaytarılıb.

Qarabağ dağlıq ərazidə yerləşir, ən yüksək zirvəsi 2725 metrdir. Burada bir çox mineral bulaqlar, göllər və çaylar mövcuddur.

Yalnız dağ yamaclarında öz formasına görə bülbülə bənzəyən və Qarabağın simvoluna çevrilmiş bənövşəyi-çəhrayı Xarıbülbül (Ophrys caucasica) çiçəyi bitir. Burada hər ilin may ayında "Xarıbülbül" festivalı keçirilir.

Burada məşhur atlar saxlanılır, onların şəkillərinə və heykəllərinə hər yerdə rast gəlmək mümkündür. Onlar həm də Qarabağın simvoludur. Orada yaşayan insanlar üçün atların nə qədər vacib olduğunu mənə yol yoldaşım İan izah etdi.

İnsanlar yavaş-yavaş bu dağlıq bölgəyə qayıtmağa başlayıb, məktəblər, yaşayış məntəqələri tikilir, məscidlər, kilsələr təmir olunur, tədricən yaşayış üçün əlverişli şərait təmin edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 641   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr