Bakıda tətil elan edilə bilər? - Havada dəm qazının miqdarı normadan artıqdır - FOTO

Bakıda tətil elan edilə bilər? - Havada dəm qazının miqdarı normadan artıqdır - FOTOSon zamanlar hava haqqında məlumatlarda tez-tez rastımıza çıxan anlayış var: "Havada dəm qazının miqdarı normadan artıqdır" və yaxud da "Bakı səmasında toz buludu müşahidə edilir". Havanın bu qədər çirklənməsi bizim kimi qonşu ölkələrin də əsas problemlərindən birinə çevrilib. Elə bu yaxınlarda Tehranda hava çirkliliyi ilə əlaqədar tətil elan olunmuşdu.

Bəs görəsən ölkəmizdə ekoloji vəziyyət nəzərə alınmaqla tətil edilməsi mümkündür?

Məsələ ilə əlaqədar Xəzər universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkəmizdə hava çirkliliyi səbəbindən iş yerlərinin və yaxud məktəblərin tətilə göndərilməsi bir qədər çətin olar. Çünki Bakıda elə də kritik vəziyyət yoxdur. Bunun əvəzinə havanın kirliliyini azaltmaq üçün müəyyən tədbirlər həyata keçirmək olar:

Bakıda tətil elan edilə bilər? - Havada dəm qazının miqdarı normadan artıqdır - FOTO"Əvvəl müəyyən etmək lazımdır ki, atmosferə dəm qazı haradan gəlir. Fikrimcə bu əsasən şəxsi avtomobillərdən daxil olur. Maşınların texniki baxışının düzgün keçirilməməsi və s. səbəb olur. Bakı şəhərində avtomobillərin texniki baxışdan keçirilməsi məsələsini ciddiləşdirmək lazımdır. Bəzən buna səhlənkar yanaşırlar".

Ekspert hava kirliliyi ilə bağlı ekoloji polislərin önəmini xüsusi vurğuladı:

"Vaxtilə ekoloji polis var idi. Onlar maşınlardan atmosferə atılan qazları yoxlayırdı. Bəzən özümüz də görürük ki maşın gedir və yola çox qatı tüstü buraxır polis də buna biganə qalır".

Çirkli hava ilə mübarizədə əsas məsələ nəzarət mexanizminin gücləndirilməsidir. Nəzarət isə müxtəlif sahələrdə ayrı-ayrı qurumlar tərəfindən aparılmalı olan işdir:

"Digər tərəfdənsə ictimai nəqliyyatı gücləndirmək lazımdır. Beləcə insanlar tədricən şəxsi maşınlardan istifadəni azaldarlar.
Mən Bakıda havanın keyfiyyətini orta ağır adlandırardım. Buna çox keyfiyyətli də demək olmazdı. Əvvəla paytaxtın coğrafi mövqeyi çox əlverişlidir. Xəzər Dənizindən cənub küləyi gəlir və çirkli havanı təmizləyir. Dünyanın ayrı-ayrı şəhərlərinin hava keyfiyyətini göstərən sistemlərə baxdıqda da görürəm ki bizdə vəziyyət elə də pis deyil".

Xatırladaq ki, ən son məlumata görə, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyəti göstəricilərindən dəm qazı 1,3, Sumqayıt şəhərində isə azot-4 oksid 1,1 dəfə normadan yüksək müəyyən edilib.

Onu da nəzərinizə çatdıraq ki, 2022-ci il Dünya Hava Kirliliyi Statistikasına görə, dünyada havası ən kirli ölkələrinin başında Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş gəlir. Havası ən təmiz ölkələr isə Quamdır.

Təəssüflər olun ki, paytaxtımızın da belə bir siyahıda antirekordu mövcuddur. Belə ki, 2010-cu ildə Bakı dünyanın ən çirkli şəhəri elan edilib. "NYC International Rating and Consulting Company" tərəfindən aparılan araşdırmada dünyanın ən çirkli 30 şəhəri siyahıya alınarkən, Azərbaycanın paytaxtı Bakı birinci yeri tutub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3217   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr