"Bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış müşahidə etməmişik"-ŞƏRH
Füzulidə 2 nəfərin minaya düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib ki, hələ də Ermənistan ölkəmizə qarşı mina terroru siyasətini həyata keçirməkdədir.
Deputat qeyd edib ki, Azərbaycan son 30 ildə Ermənistanın məqsədyönlü siyasəti nəticəsində dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir. Füzulidə daha iki nəfərin dinc dövrdə mina qurbanına çevrilməsi vəziyyətin dəhşətini bir daha açıq formada göstərməkdədir.
"Bidiyiniz kimi bir sıra Qərb dövlətlərinin, ələxsus Fransanın birbaşa himayəsi altında Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırıb. Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir.
Üstəlik, işğaldan azad olunmuş ərazilərimizdə yalnız ötən il ərzində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi sübut edir ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir. Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdikdən sonra isə separatçılar çoxillik daxili ehtiyatları hesabına mina terrorunu davam etdirmiş və sentyabrın ortalarında Qarabağda polislərimiz və yol təsərrüfatının işçiləri mina terroruna qurban getmişdir.
44 günlük savaşla regionda işğala, 23 saatlıq lokal antiterror tədbirlərinin ardınca isə separatizmə son qoyulması bölgədə yeni və ümidverici situasiya yaradıb. Bu gün regionumuz sülhə heç vaxt olmadığı qədər yaxındır. Əslində Ermənistan bu vəziyyətə şans kimi baxmalı, 30 il ərzində dövlət siyasəti çərçivəsində həyata keçirdiyi minalanma prosesinin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla əməkdaşlıq etməklə özünün dinc və mehriban qonşuluq siyasətində səmimiyyətini göstərməlidir. Lakin İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 300-dən çox insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır. Möhtərəm Prezidentin bu ilin may ayında ifadə etdiyi kimi, "Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər".
Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə, təbii ki, ilk növbədə beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır. Biz bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış müşahidə etməmişik. Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası Avropa Parlamenti bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransanın, Almaniyanın, Avropa Birliyinin simasında biz Azərbaycanın suveren haqlarını görməzdən gələn ləyaqətsiz formada çağırışlar eşidirik ki, bu da Qərbin açıq formada terrora təşviq, müharibə cinayətlərinə isə ortaqlığı deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz.
Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa prosesini həyata keçirməkdə, Böyük Qayıdışı reallaşdırmaqdadır. Prosesin ləyaqətli və təhlükəsiz formada təmini üçün isə mina təhlükəsinin aradan qaldırılması şərtdir və minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır. Lakin bu yalnız Azərbaycanın problemi deyil, bəşəri məsələdir və dünya ictimaiyyəti də aydın formada mövqe ifadə edərək, daha artıq diqqət yetirməyə borcludur. Prosesə təkan vermək üçün isə Prezident İlham Əliyev münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin Qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş, Azərbaycan özü humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib