"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR

"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR13 oktyabr 2023-cü il tarixində Education HUB "Sosial sahibkarlıq forumu" həyata keçirib.

Forum oktyabrın 10-13-də keçirilən "Azərbaycan dəyər günləri" silsilə tədbiri çərçivəsində baş tutub.

"Azərbaycan dəyər günləri" tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial sahibkarlıq haqqında qanunvericilik, innovasiyalar və s. olub.

Forumda panel müzakirələr, sessiyalar həyata keçirilib və 100-ə yaxın ekosistem oyunçusunu bir araya toplayıb.

Forum iki istiqamətdə aparılıb. Rəsmi hissədə forumun açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.

Açılış nitqi ilə Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxış edib. O, çıxışı zamanı vurğulayıb: ""Azərbaycan dəyər günləri" çərçivəsində həyata keçirilən forum Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafı üçün əvəzsiz rol oynayır. Ümid edirəm ki, forum öz işini uğurla tamamlayacaq və qarşıya qoyulmuş məqsədlərə nail olunacaq."

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı qeyd edib: "Müasir dövrdə uğurlu və davamlı iqtisadi inkişafa təsir göstərən amillərdən biri də sosial sahibkarlığa göstərilən dəstəkdir. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması fonunda sosial sahibkarlıq da inkişaf edir."

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Dövlət Məşğulluq Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkəmizdə sosial sahibkarlığın inkişafıdır. Məhz buna görə də Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə dövlət, özəl, QHT və digər sektorların təmsil olunduğu sosial sahibkarlıq üçün işçi qrup yaradılıb və öz işini müvəffəqiyyətlə davam etdirir." çıxışında qeyd edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətini sədri İnarə Vəliyeva çıxışı zamanı qeyd edib: "Sosial sahibkarlıq innovativ yanaşmanı tələb edir. Biz də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq hər zaman sosial sahibkarlıq nümunəsi olan startuplara dəstək oluruq. İstər yerli, istərsə də beynəlxalq proqramlarda iştirakını təmin edirik."

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Proqram Meneceri Viktor Giner qeyd edib: "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilən "Azərbayacan dəyər günləri" ölkəmizdə bir ilkdir. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün böyük təkandır. Biz Avropa İttifaqı olaraq bu mövzuda həmişə maraqlıyıq."

Millət vəkili Vüqar Bayramov " Milli məclis olaraq sosial sahibkarlıq həmişə bizim üçün gündəmdə olan bir mövzudur. Ölkəmiz üçün yeni olan bu sahənin inkişafı üçün qanunvericilik bazasının yaradılması müstəsnadır." çıxışında qeyd edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva çıxışı zamanı qeyd edib: "Ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir."

Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sosial sahibkarlıq, sosial sahibkarlara maliyyə dəstəyi, sosial sahibkarlıq haqqında qanunvericilik, sosial sahibkarlığın dövlət proqramına inteqrasiyası və s. mövzularda panel müzakirələri aparılıb.
Forumun sonunda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərçivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 984   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr