Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? – Foto

Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? – Foto70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərində satın aldığı ev üçün hər il 28 min dollardan çox əmlak vergisi ödəməlidir.

Yeniavaz.com xəbər verir ki, Məşhur Məmmədovun satın aldığı ev Nyu-Yorkun ikinci ən böyük parkı hesab olunan "Hudson River Park"a yaxın ərazidə yerləşir. Deputatın villası Hudson çayından təxminən 1 km nəsafədədir.

Millət vəkili "335 Riverdale Dr Fort Lee, NJ 07024-4441" ünvanında yerləşən villanı 2017-ci ilin yanvar ayının 27-də də "335 Riverdale Dr LLC" şirkətindən 1 milyon 140 min dollara satın alıb. Villa 2009-cu ildə inşa olunub. Ümumi sahəsi 3 844 kv. fut (357 kv. metr) olan villa 3 mərtəbəlidir.

ABŞ və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan "Zillow Group"un məlumatlarında göstərilir ki, "335 Riverdale Dr Fort Lee, NJ 07024-4441" ünvanında yerləşən villanın hazırkı bazar dəyəri 1 milyon 670 min dollar, aylıq kirayə qiyməti isə 8 450 dollara bərabərdir.

Qeyd edək ki, hazırda həmin villada millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov və 1991-ci il təvəllüdlü qızı Mədinə Şahbazova yaşayır.

Deputatın oğlu Məmməd Şahbazov 2022-ci ilin aprel ayının 20-də ABŞ-da "Masalli Enterprise LLC" adlı şirkət təsis edib. Məmməd Şahbazov uzun illərdir ABŞ-da yaşayır. Deputatın oğlu 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb.

Onu da bildirək ki, Məşhur Məmmədov 2002–2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009–2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011–2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Deputat Nyu-Yorkdakı villası üçün 28 min dollardan çox əmlak vergisi ödəyir? – Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1484   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr