Bakı-İrəvan sazişi üçün mübarizə gedir: 4 şəhər...

Bakı-İrəvan sazişi üçün mübarizə gedir: 4 şəhər..."Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq" sualıyla yanaşı bir başqa sual da aktuallaşıb: "Sülh sazişi harada imzalanacaq?"

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanıyıb, bu mənada sülh sazişinin imzalanması bu il baş verməsə də, gələn ildə reallaşması mümkündür:

"Böyük dövlətlər sülh sazişinin imzalanacağı məkan uğrunda diplomatik mübarizəyə başlayıblar. Sülh sazişinin 4 paytaxtdan birində – Vaşinqtonda, Brüsseldə, Moskvada və ya Tiflisdə imzalanması mümkündür. Vaşinqton və Brüssel Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiq edirlər ki, o, Rusiyanın vasitəçiliyindən uzaq dayansın. Bu səbəbdən Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkekdə keçirilən sammitinə qatılmadı, xarici işlər nazirini də Qırğızıstan paytaxtına göndərmədi. Çünki həmin sammitdə Paşinyan Vladimir Putin və İlham Əliyevlə üçlü görüşə qatıla bilərdi ki, Ermənistanın baş naziri bunu istəmir. Sülh sazişinin Qərb paytaxtlarından birində imzalanması isə Kremlin maraqlarına cavab vermir. Vladimir Putinin Bişkekdə MDB sammitində çıxışının mahiyyəti bu idi ki, Azərbaycanla Ermənistanı yaxınlaşdırmaq və sülh sazişini imzalamaq üçün illərdir vasitəçilik edən Rusiyanın zəhməti hədər getməməli, iki dövlət arasında yekun sənəd Moskvada imzalanmalıdır".

Politoloqun fikrincə, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının fərqi yoxdur:

"Bu, Brüssel də ola bilər, Moskva da, təki bölgədə sülhə yol açan sənəd imzalansın. Buna rəğmən, Azərbaycan prezidentinin danışıqlar məkanı kimi Tiflisə üstünlük verdiyi onun Gürcüstanda verdiyi açıqlamalardan da aydın oldu".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 999   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA

"Son illərdə dünyada informasiya müharibələrinin, ideoloji təsir vasitələrinin və qlobal media platformalarının təsir imkanlarının artdığı bir şəraitdə elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilib

8 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun