Əliyev Putinlə görüşdə bunu bağladı, Nikol isə… - Keryan

Əliyev Putinlə görüşdə bunu bağladı, Nikol isə… - KeryanRusiya Ermənistan-Azərbaycan danışıqlarının moderatoru kimi lider mövqeyini bərpa etmək istəyir, Moskvada görüşün keçirilməsi təklifi də bu məntiqə uyğundur.

Bunu erməni politoloq Qarik Keryan Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün Moskva platformasını təklif etməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, Rusiya da Qarabağda və bütövlükdə regionda qalmağa çalışır, ona görə də danışıqlar platforması təmin etmək təklifi yaranıb. Baxmayaraq ki, Qarabağın Azərbaycanın tərkibində tanınması ilə vəziyyət "sözün əsl mənasında alt-üst olub":

"Düşünürəm ki, siz hətta Moskva ilə Bakı arasında bəzi ziddiyyətləri də müşahidə edə bilərsiniz. Putinlə Əliyev arasında Bişkekdə ikitərəfli görüşdə dialoqu xatırlayaq. Rusiya lideri görüşü açaraq dedi: "Danışılacaq çox şey var. Burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir". Əliyev cavab çıxışında Qarabağla bağlı bir kəlmə də danışmadı və bununla da Qarabağ məsələsinin Azərbaycan üçün bağlandığını açıq şəkildə ortaya qoydu".

Ekspert hesab edir ki, Moskvanın bəyanatları sülhməramlıların getməsi perspektivi ilə bağlı müəyyən narahatlığı ifadə edir. Aydındır ki, sülhməramlıların getməsi Rusiyanın regiondakı mövqelərinə ciddi zərbə olacaq.

Eyni zamanda, Keryan Ermənistan və Rusiyanın hakimiyyət orqanlarının konstruktiv münasibət saxlamaq üçün müəyyən cəhdlərini müşahidə etdiyini bildirib:

"Dağlıq Qarabağ faktiki olaraq ləğv edildikdən sonra Rusiya Ermənistandakı mövqeyini saxlamaq istəyir. Xüsusən də Azərbaycanın rusiyapərəst adlandırılması çətin olan hərəkətləri və ritorikası fonunda Moskva İrəvanla daha fəal işləyəcək. İrəvan hakimiyyətinin bunu istəyib-istəməməsi başqa məsələdir".

O hesab edir ki, Paşinyan hazırda Avropa liderlərinin dəstəyindən istifadə edir:

"Bəlkə də Ermənistanın baş naziri hesab edir ki, Moskvaya getsə, avropalıların dəstəyini itirə bilər. Bunun müqabilində Rusiyadan nə almaq lazımdır - görünür, Ermənistan rəhbərliyinin hələlik heç bir fikri yoxdur. İrəvanın qərarında çox şey (Rusiyanın mötədilliyinə razı olub-olmaması) Avropa liderlərinin oktyabrın sonunda Brüsseldə planlaşdırılan danışıqlarda Paşinyana nə deyəcəklərindən, nə məsləhət verəcəyindən asılı olacaq.
Azərbaycana gəlincə, onun prezidenti kifayət qədər təcrübəli və çevik siyasətçidir. Əgər o, Moskvada Qarabağ məsələsində ona təzyiq ediləcəyini hiss etsə, heç vaxt ora getməyəcək. Moskvanın onun maraqlarını dəstəklədiyini görsə, Moskva formatına razı olacaq".

Qeyd edək ki, daha öncə Rusiya lideri MDB-nin Bişkek sammiti çərçivəsində mətbuat konfransında bildirmişdi ki, Moskva sülh müqaviləsinin imzalanması üçün Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına şərait yaratmağa və köməklik göstərməyə hazırdır.

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1221   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr