Bakıya qarşı qərarla BMT missiyasına tüpürdülər - Ağar

Bakıya qarşı qərarla BMT missiyasına tüpürdülər - AğarFransanın təşəbbüsü və xüsusi fəallığı ilə Avropa Parlamenti, BMT və Avropa Şurası Parlament Assambleyası tamamilə həqiqətdən uzaq, haqq-hüquqa, ədalətə zidd, beynəlxalq hüququ tapdalayan, ancaq mənfəətlərə xidmət edən qərarlar qəbul edib.

Bu sözləri Axar.az-a beynəlxalq və regional təşkilatlarda Azərbaycan əleyhinə qəbul olunan haqsız qərarlarla bağlı danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert sözügedən təşkilatların qəbul etdikləri haqsız qərarlarla BMT-nin Qarabağa göndərdiyi missiyanın hazırladığı hesabatı heçə saydıqlarını göstərdiklərini bildirib:

"Başda keçmiş Minsk Qrupunun həmsədrləri olmaqla, bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb. Ancaq Fransa kimi ölkələr ən alçaq və riyakar şəkildə beynəlxalq təşkilatlardakı mövqelərindən istifadə edib iftira atmaq yolu həm Azərbaycanı, həm də Türkiyəni beynəlxalq arenada təkləmək istəyir. Şanlı Azərbaycan Ordusu təxminən 3 həftə əvvəl Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi, ancaq nə Xocalıda, nə Xankəndidə, nə Ağdərədə, nə də digər yerlərdə bir nəfər də olsun mülki erməninin burnu qanamadı. Əksinə onların hər cür ehtiyacları qarşılandı, getmək istəyənlər də çox rahat şəkildə oranı tərk etdi. Hətta Xankəndidə yanacaqdoldurma məntəqəsində kimliyi bilinməyən şəxslər tərəfindən törədilən yanğının söndürülməsi üçün bütün imkanlar səfərbər edildi, xəstəxanalar hazırlandı".

Ağar xatırladıb ki, BMT TŞ Fransa və Ermənistanın birgə tələbi ilə avqust və sentyabr ayında təcili iclas keçirdi, bir nəticə çıxmadı:

"Sonra 1 oktyabrda BMT missiyası Qarabağa gəldi və nəticədə hazırlanan hesabat, eyni zamanda BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrikin verdiyi açıqlama etnik təmizləmə iddialarının yalan, iftira olduğunu sübut etdi. Sonra oktyabrın 6-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycana qarşı qərəzli bəyanat verdi. 11 oktyabrda BMT-nin İnsan Hüquqları Şurasında Fransanın təşəbbüsü ilə bir qrup dövlət bəyanat, dünən isə AŞPA-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edildi. Sual ortaya çıxır. Necə olur ki, BMT daxilindəki qurumun bir neçə üzvü, ATƏT, AŞPA dünyadakı ən ali təşkilatın Qarabağa göndərdiyi missiyanın hazırladığı hesabatı, Düjarrikin açıqlamasını heçə sayır? Bu, sözügedən hesabata, BMT-nin qərarına tüpürmək, onu tapdalamaqdır. Yaxşı, əgər dünyanın ən güclü və böyük təşkilatının missiyasının hesabatına etibar edilməyəcəksə, onlar niyə Qarabağa göndərildi?"

Alim Azərbaycanı etnik təmizləmədə ittiham edənlərin öncə öz tarixlərinə baxmalı olduqlarını vurğulayıb:

"Biz bütün baş verənlərin arxasında Fransanın dayandığını çox yaxşı bilirik, onun dirijor çubuğu ilə hərəkət edənləri də görürük. Bütün deyilənlərin hamısı maraqları həyata keçirmək üçün Azərbaycana atılan alçaq iftiradır. Bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən Qranadada yığışıb kağız üzərində Azərbaycanın ərazisini azaldıb, Ermənistanın ərazisini çoxaldacaq qədər ağıllarını itiriblər. Cənab Əliyevin Qranada görüşünə getməyi rədd etməsi çox cəsarətli və yerində addım idi, getməməklə qurulan tələni boşa çıxardı. Dövlət başçısı Şarl Mişellə telefon danışığı zamanı bütün sadaladıqlarımızı, yeni müharibənin baş verməsi halında bundan Fransanın məsuliyyət daşıyacağını birbaşa onun üzünə dedi. Bu mərhələdən sonra Fransanın sülh müqaviləsinin imzalanması ilə bağlı görüşlərdə vasitəçi olması mümkün deyil. Yəqin ki, rəsmi Bakı yaxın zamanlarda Parislə münasibətlərinə yenidən baxacaq. Çünki qarşı tərəf münasibətlərin tamamilə qopması üçün hər şeyi edir. Azərbaycan bu regionda tək yaşamır və xarici siyasətini yalnız AB ölkələrinin maraqlarını nəzərə alıb həyata keçirmir. Burada İran var, Rusiya var. Biz onları görməzdən gələ bilmərik. Məqsədləri həm də Türkiyəni təkləmək, hətta Bakı ilə Ankaranın arasına fitnə salmaqdır. Qranada görüşü bu fitnənin son örnəyi idi, İlham Əliyev qarşısını aldı.

Nəticə olaraq demək istəyirəm ki, bizim tariximizdə heç vaxt soyqırım, etnik təmizləmə kimi ləkələr yoxdur. Bizə qara yaxmaq istəyənlər öncə güzgüdə özlərinə baxsınlar. Nə olursa olsun, Azərbaycanın suverenliyini, müstəqilliyini tanımalıdırlar və tanıyacaqlar. Bunun başqa yolu, çarəsi yoxdur. Azərbaycan tək deyil. Türkiyə sonadək Azərbaycanın yanındadır. Bütün atdıqları addımların qarşılığı olacaq, cavabı veriləcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1190   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr