Ermənilərə qaçqın statusu niyə verilə bilməz? - Professor
Qarabağdan köçən ermənilərə qaçqın statusu verilməsi üçün ya Azərbaycan vətəndaşı olmalı, ya da vətəndaşlığı olmayan şəxs olmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
Mehdiyev bildirib ki, "dqr" tanınmadığı üçün Qarabağda yaşayan ermənilər xaricə Ermənistan pasportu ilə gedirdilər:
"Beləliklə, Qarabağdakı ermənilərin böyük əksəriyyəti xaricdə de-yure Ermənistan vətəndaşı kimi qəbul edilir. Ermənistan vətəndaşlarına hansı hüquqla qaçqın statusu verilə bilər? Digər tərəfdən, Ermənistan özü də pasport verdiyi və hətta vermədiyi Qarabağdan köçən ermənilərə qaçqın statusu verə bilməz. Çünki məcburi köçkün statusu yaşadığı yerdən məcburi şəkildə köçən şəxslərə verilir. Lakin ermənilər bu əraziləri məcburi yox, könüllü tərk edib. Məlum məsələdir ki, Azərbaycan həmin şəxsləri qovmayıb, əksinə, bölgədə qalmalarını təklif edib. Ona görə də onlara məcburi köçkün statusunun verilməsinin doğru olmadığını düşünürəm".
Hüquqşünasın sözlərinə görə, məcburi köçkün statusu almaq üçün beynəlxalq tribunallara müraciət etmək mümkün deyil:
"Lakin nümunə olaraq deyək ki, Almaniya həmin şəxslərə qaçqın olaraq viza vermək istəsə, bunu edə bilər. BMT-nin İnsan Hüquqları Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdan Ermənistana köçən erməni əhalisinə "qaçqın statusu"nun verilməsi ilə bağlı Azərbaycan əleyhinə birgə bəyanat verilib. Lakin qərar verilmədən öncə nəzərə alınmalı idi ki, ermənilər oradan özləri təhlükəsiz şəraitdə, mülki əhali yaralanmadan, oğurlanmadan, evləri yandırılmadan köçüblər. Onlar sadəcə Azərbaycan ərazisində yaşamaq istəməyib. Bu isə ermənilərin öz problemidir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1182 Tarix: 14 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr