Naxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTO

Naxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, bu gün İlham Əliyevin prezident seçilməsinin 20 ili tamam olur.

"İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin tarixində yeni inkişaf və tərəqqi dövrünün əsası qoyulub. Ümummilli Liderimiz Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətindəki "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" – əminliyini dövlət başçısı əməli fəaliyyəti ilə doğruldub. Ötən dövrdə Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi sosial-iqtisadi islahatların əhatə dairəsini genişləndirib. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası ümumilikdə ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevirilib", - F.Nəcəfli deyib.

Qeyd edilib ki, ötən 20 ildə həyata keçirilən milli inkişaf doktrinasının əsas hədəfində, ilk növbədə regionların inkişafı dayanır. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl 4 dövlət proqramı qəbul və icra olunub, "Güclü dövlət, yüksək rifah" strategiyasına uyğun olaraq qısa zamanda ölkəmizdə güclü bazaya malik iqtisadi sistem qurulub, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub.

"Xalqın inam və etibarını qazanmaq siyasətçilərə xas xüsusiyyət deyil. Bu yalnız liderlərə məxsus keyfiyyətdir", – deyən F.Nəcəfli vurğulayıb ki, İlham Əliyev şəxsiyyətinin böyüklüyü də ondadır ki, o, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirən liderdir.

Səlahiyyətli nümayəndə əlavə edib ki, məhz Azərbaycanın qazandığı bütün uğurların təməlində də xalq-lider birliyi dayanır:
"Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür, dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi və yekdil qərarla sədrlik müddətinin 1 il uzadılması İlham Əliyev xarici siyasət strategiyasının təntənəsidir. Bu, bir reallıqdır ki, ötən 20 ildə Azərbaycanda əldə olunmuş ən mühüm nailiyyətlərdən biri də sosial islahatların əhatə dairəsinin genişləndirilməsi olub. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən cənab İlham Əliyev sosial islahatları Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib, vətəndaşlar layiqli həyat şəraiti ilə təmin olunub. Dövlət başçısının müəllifi olduğu institusional islahatlar sırasında Birinci vitse-prezidentlik institutunun yaradılması müstəsna əhəmiyyətə malikdir. Ötən dövr göstərdi ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti, gördüyü işlər hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib".

F.Nəcəfli diqqətə çatdırıb ki, ordu quruculuğu İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib:

"Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratdı. Tarixi Qələbəmizi təmin edən bir çox faktorlar vardır. Bütün bunları özündə cəmləşdirən əsas faktor isə cənab İlham Əliyev şəxsiyyəti, Onun Vətəninə və xalqına bağlılığı, məharətli diplomatik bacarığı və qətiyyətidir. Məhz bu qətiyyət və siyasi iradə, liderlik bacarığı Qələbə ilə yanaşı, Azərbaycanda böyük qayıdışın da təməlini qoyub. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən qurulur. Müharibədən çıxan bir ölkədə bu qədər genişmiqyaslı quruculuq işlərini aparmaq heç də asan məsələ deyil. Bu, birmənalı şəkildə dünyaşöhrətli siyasi xadim İlham Əliyevin liderlik sərişətəsinin nəticəsidir. Tarixi Qələbəmizin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması sahəsində görülən işlərdir. İstər bu, istərsə də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə qəbul olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası Naxçıvanın inkişafında yeni və ən mühüm mərhələnin əsasını qoyacaq".

Tədbirdə Naxçıvan televiziyasının hazırladığı Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Naxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTONaxçıvanda "Güclü lider: Müzəffər Ali Baş Komandan" mövzusunda tədbir keçirilib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 642   Tarix: 15 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr