"Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla bəşəriyyət adından çıxış edir" - Nizami Səfərov
Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması istiqamətində Azərbaycan tərəfindən atılan ən ciddi addımlar fonunda Ermənistan yenə də öz destruktiv fəaliyyətini davam etdirir və bəzi beynəlxalq hüquqi mexanizmlərdən ölkəmizə qarşı istifadə etməyə çalışır.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Səfərov deyib.
Deputat bildirib ki, Ermənistan Beynəlxalq məhkəməyə 9 aralıq tədbirinin tətbiqi üçün müraciət edib: "Bu məntiqsiz fəaliyyətin bir nümunəsini də biz Beynəlxalq Məhkəmədə "İrqi ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyadan irəli gələn mübahisənin baxışında müşahidə edirik. Ermənistan növbəti dəfə Beynəlxalq Məhkəməyə Azərbaycana qarşı yeni doqquz aralıq tədbirin tətbiq edilməsi haqqında müraciət etmişdir. Vaxtın azlığını nəzərə alaraq mən bunlardan yalnız birinə diqqət yetirəcəm. Mənfur qonşularımızın təqdim etdiyi sayca yeddinci aralıq tədbirinə əsasən Məhkəmədən xahiş olunur ki, Azərbaycan Qarabağın hazırkı və ya keçmiş "siyasi nümayəndələri"nə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri tətbiq etməkdən çəkinsin. Öz ağırlığı və ictimai təhlükəlilik dərəcəsinə görə bütövlükdə cinayət əməllərinin iearxiyasında ən yüksək pillədə yerləşən beynəlxalq cinayətlər – soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədən şəxslərin, xüsusilə təhlükəli transmilli cinayətlər – terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi kimi əməllər törədən separatçı rejimin funksionerlərinin cinayət məsuliyyətindən kənarda qalması beynəlxalq birliyin qlobal səviyyədə tətbiq etdiyi qanunun aliliyi prinsipinə zidd olması ilə yanaşı, eyni zamanda müharibə canilərinin cəzasızlığına gətirib çıxara bilərdi. Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla, təkcə öz adından deyil, eyni zamanda bütöv bəşəriyyət adından çıxış edir və heç kəsdə zərrə qədər şübhə olmasın ki, bütün canilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər və layiq olduqları cəzalara məhkum olunacaqlar. Cənab Prezidentin Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Bakıya tanklarla gəlmək istəyən, bizi hədələyən üç təlxək bu gün öz layiqli cəzasını gözləyir. Onların acı aqibəti bütün müharibə canilərinə ən ciddi xəbərdarlıqdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 596 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr