"Bu gün 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür" - DEPUTAT

"Bu gün 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür" - DEPUTAT"Bu gün 18 Oktyabr Müstəqilliyimizin Bərpası Günüdür. Bu əlamətdar təqvimdə başda ölkə rəhbərliyi olmaqla Azərbaycan xalqını təbrik edir, ulu öndərin bizə bəxş etdiyi siyasi müstəqilliyimizin, cənab İlham Əliyevin təmin etdiyi iqtisadi müstəqilliyimizin əbədi olmasını arzulayırıq".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, biz müstəqilliyi SSRİ-nin dağılması fonunda İttifaq dövlətlərinin çoxundan sonra bərpa etmişik. Hətta Rusiya özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etdiyi halda Azərbaycanda bu məsələni referenduma çıxarmağı qərara aldılar.
"O zaman proseslərdə aşkar milli mövqe yalnız Heydər Əliyev tərəfindən ortaya qoyuldu. Naxçıvanda referendum ümumiyyətlə rədd edildi. Heydər Əliyev müstəqilliyini 1991-ci ilin martında elan edən Litvadan 4 ay əvvəl, hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərini çıxarmağa nail oldu, Cümhuriyyətin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Budur müstəqilliyə gedən yol. 18 oktyabr sadəcə bu proseslərin uzun və yersiz çərk-çevirdən sonra gecikmiş rəsmiləşməsidir.
Müstəqillik bərpa edildikən sonra 18 oktyabrı Müstəqillik Günü kimi qeyd etməyə başladılar ki, bu da aşkar formada təxribat idi. Biz əgər Müstəqillik Aktında özümüzü xalq Cümhuriyyətinin varisi hesab edirdiksə, deməli əvvəllər müstəqil olmuşuq, 18 oktyabr isə müstəqilliyin 70 ildən sonra bərpa olunduğu gündür. Bu ideoloji təxribatın da qarşısını məhz cənab İlham Əliyev aldı və tarixi ədalət bərpa olundu.
Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil dövlətdir, həm də öz Zəfəri ilə işğala, separatizmə son qoymaqla, cənab İlham Əliyevin rəhbərliyi altında tarixin heç bir dövründə olmadığı qədər güclüdür".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1479   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr