"Bu gün Müstəqillik Gününün Bərpasını qalib ölkənin vətəndaşları kimi qeyd edirik" - DEPUTAT

"Bu gün Müstəqillik Gününün Bərpasını qalib ölkənin vətəndaşları kimi qeyd edirik" - DEPUTAT"Bu gün Azərbaycan xalqı olaraq dövlət müstəqilliyimizin bərpasının 32 illiyini qeyd edirik".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat vurğulayıb ki, 32 il əvvəl yəni 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib:

"Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını dörd gün ərzində mzakirə etdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis 2021-ci il oktyabrın 15-də "Müstəqillik Günü haqqında" yeni Qanunu təsdiqlədi. Qəbul olunan qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. Artıq 3 ildir ki, bu günü qalib xalqın nünayəndələri kimi qeyd edirik.

Bilirsiniz ki, həmin dövrdə ölkəmizdə vəziyyət heç də ürəkaçan deyildi. Xalqımız 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız başına gətirilən zülümlər qarşısında möhkəm iradə göstərərək öz müstqiliyinə sahib çıxdı. 1993-cü ildə xalqımızın arzu və istəyi ilə Azərbaycana geri qayıdan Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyəti və zamanında atdığı düşünülmüş addımları sayəsində dövlət müstəqilliyimizi əbədi etdi.

İlk olaraq ulu öndər Heydər Əliyev ölkədə hökm sürən xaos və anarxiyanı aradan qaldırdı. Ən önəmlisi isə ümumilli lider Heydər Əliyev yürütdüyü uğurlu siyasət nəticəsimdə cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və psixoloji gərginliyə son qoyuldu. Bir sözlə ulu öndər Heydər Əliyevlə dövlət müstəqilliyimiz sağlam təməllər üzərində yeni inkişaf yoluna qədəm qoydu. Bir sözlə müstəqilliyimizin əbədiləşdirməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır".

Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində başladığı uğurlu siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən layiqində davam etdirilir:

"Ali Baş Komandan İlham Əliyev 20 illik prezidentlik dövründə həm xalqına verdiyi sözü yerinə yetirdi, həm də ulu öndər Heydər Əliyevin ən böyük arzusu olan Qarabağımızı azadlığına qovuşdurdu. Bu gün müstəqillik günümüzün bərpası gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bu möhtəşəm sevinc dolu zəfərləri bizə yaşadan Ali Baş Komandana və Azərbaycanın Müzəffər ordusuna təşəkkür edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr