Sakinlər Yevlaxın icra başçısından şikayətçidir: "Qalmışıq ortada"
15 iyun 2023-cü il tarixində Yevlaxda güclü külək nəticəsində yaşayış binalarının dam örtüyü uçub. Şəhərin Qamboy Quliyev küçəsi, bina 7A, mənzil 44 və Qarxunlu Əşrəfbəy küçəsi, bina 9-da yaşayanlar hələ də binanın dam örtüyünün bərpa olunmamasından şikayətçidirlər.
Məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sakinlərin sözlərinə görə, dam örtüyünün yararsız hala düşməsindən sonra yağış evin içinə yağır.
Sakinlər bildiriblər ki, dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, problem həll olunmayıb.
Sakinlərdən Könül Hüseynova saytımıza şikayətində bildirib ki, iyun ayında təbii fəlakətdən sonra dam örtüyü uçub, ancaq bu günə kimi məsələyə baxılmayıb:
"Dəfələrlə İcra Hakimiyyıtində olmuşuq, evlər idarəsində olmuşuq, Fövqəladə Hallar Nazirliyi ilə mütəmadi əlaqə saxlamışıq. Bizə sentyabrın axırı düzələcəyini dedilər, ancaq düzəlmədi. Sentyabrın 15-də baxılacaq dedilər, baxılmadı. Oktyabr gəldi, yağışlar başladı. Yağan yağışlar evin içinə yağır. Mən bilmirəm dərdimi kimə deyim. İcra Hakimiyyətində olmuşuq, deyirlər düzəcələk, amma nə vaxt düzələcək demirlər. Bizim evlərimiz də pis vəziyyətə qalır.
İcra Hakimiyyətində iki dəfə birinci müavin Xaliq Əliyevlə görüşmüşük, sonra icra başçısı Anar müəllimlə (Anar Tağıyev – red.) görüşmüşük. Görüşdük ki, qoy özü bizə desin, bu nə vaxt düzələcək. Axırıncı dəfə görüşəndə dedi ki, baxılacaq, bizim səlahiyyətimizdə deyil, Fövqəladə Hallar Nazirliyi etməlidir. Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq, dedilər ki, onların səlahiyyətində deyil, İcra Hakimiyyəti etməlidir. Hərə bir-birinin üstünə atır, biz də qalmışıq ortada.
112-yə müraciət etmişəm. Onlar da dedilər ki, bizim bina ilə bağlı məlumatları var. Dedilər ki, problem tək bizdə deyil, Yevlaxda bir neçə bina var ki, damı o vəziyyətdədir. Məsələ ilə bağlı tədbir görülüb, İcra Hakimiyyətinə göndərilib. Amma heç bir tədbir görülmür. Hava da buludlu, yağışlı, heç cür mümkün deyil".
Məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyytinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədovla da əlaqə saxladıq.
H. Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hadisə iyun ayının 15-də baş verib. Güclü külək nəticəsində, hansı ki, küləyin sürəti 30 metrdən çox olub, Yevlaxda 4 binanın dam örtüyünü külək yararsız hala salıb:
"Burada söhbət ikimərtəbəli, beşmərəbəli ictimai binalardan gedir. Bu barədə mərkəzi icra orqanlarından tutmuş, bütün müvafiq orqanların hamısına məlumat verilib. Yaxın günlərdə, ola bilər ki, bu həftə ərzində, ola bilər ki, gələn həftə ərzində işlər başlayacaq və bütün o binaların üstü tam təmir ediləcək.
Yəni, o barədə bizim məlumatımız var, dəfələrlə vətəndaşlar bura da gəliblər. Biz vətəndaşlara da bildirmişik ki, bu barədə o işlə məşğul olan bütün qurumlara məlumat verilib.
Müvafiq qurumlar gəlib reyd keçiriblər, binaların hamısına baxıblar. Bəlkə də, bu gün, bəlkə də sabah, bir sözlə, yaxın günlərdə işə başlanacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1412 Tarix: 19 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabr