Hər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportaj

Hər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportaj"Xuraman müəllimənin oğlu idi, bu binada yaşayırdı... 9-cu mərtəbədə...", - qonşu uşaq şəhid mənzilini nişan verir.

Əslində heç nişana ehtiyac yoxdur, binanın girişinə sancılmış üçrəngli bayraq artıq həm də şəhid evlərinin simvoludur. Dəhlizin önündə isə fotodan gülümsəyən simanı tanıyırıq – sentyabrın 20-də dəfn olunan 8 şəhid polisdən biri - Çevik Polis Alayında xidmət edən Rasim Məmmədov...

O, işğaldan azad olunan torpaqlara polis əməkdaşı kimi ezam olunmuşdu. Həyat yoldaşı Nigar Məmmədovanın "Qafqazinfo"ya bildirdiyinə görə, həmişə hər yerə tələsən Rasim sonuncu dəfə sentyabrın 18-də evə tələsik gəlmiş, lazım olan əşyalarını toplamış, yalnız anası və övladları ilə sağollaşa bilmişdi.

Nigar xanım göz yaşlarını içində gizlətsə də, nə qədər özünü tox tutmağa çalışsa da, Rasimlə bağlı xatirələrini dilə gətirərkən özünü saxlaya bilmir. Onların 12 illik birgə həyatlarına o qədər acılı-şirinli xatirələr sığışıb ki... Sanki, 100 il birlikdə yaşayıblar: "2011-ci ilin 21 mayında tanış olmuşduq. İlk görüşdə bir-birimizi o qədər bəyənmişdik ki. Film kimi yəni... Bir-birimizə aşiq olmuşduq. Cəmi 2 ay sonra toyumuzu təyin etdik...

Çox yaxşı insan idi, yoldaş idi, ata idi. O evdə olanda elə bilirdim nəfəs alıram, hər şey yaxşıdır, mənə heç nə ola bilməz. Bəzən gecə növbəsində qalırdı, elə bil evdə nəsə çatmırdı. Həmişə deyirdim ki, mən sənsiz nəfəs ala bilmərəm. Artıq 26 gündür ki, nəfəs alıram... Allah yəqin ki, bunun səbrini verirmiş. Biz 12 il evli olduq, bu illər ərzidə o qədər şey yaşadıq, şirinli-acılı... Evlənəndə deyilən kimi, "kasıblıqda, varlılıqda, sağlıqda, xəstəlikdə..." Biz hər şeyi yaşadıq. İnanın, bir az başım ağrıyan kimi başımda pərvanə olurdu. Elə bil üstümdə əsirdi ki, mənə bir şey olar..."

Otaqda şəhidin fotoları, əşyaları, forması olan guşə var. Məzarından götürülmüş torpaq və şəhid olan anda dayanmış qol saatı diqqətimizi çəkir. Nigar xanım deyir ki, düz 12 ildir Rasim axşam saat 8-də işdən gəlirdi. İllərdir vərdiş etdiyi kimi hər saata baxanda gözləri 19:45-i görür. Düşünür ki, Rasim 15 dəqiqəyə çatacaq, hər şey hazır olmalıdır...

"Həmin gün günorta evə gəlmişdi, əşyalarını götürməyə. Məndən yazıb əşyalarının yerini soruşurdu, dedi ki, narahat olma, götürüb çıxıram. Demədi ki evdədir, bilirdi desə qaça-qaça gələcəyəm. Yaxşı ki, heç olmasa, anası ilə, uşaqları ilə görüşə bilib. Təsəvvür edin, 12 ildir ən xoşuna gəlmədiyi şey videozəng idi. İlk dəfə həmin gün mənə videozəng elədi. Mən onu görəndə başladım ağlamağa. Əvvəlcə ciddi idi, sonra başladı gülməyə, qoşulub bir-birimizə güldük. Elə gözəl də gülüşü var idi... Söz verdi ki, qayıdacaq. Bir də dedi "özündən muğayat ol". O sözü mənə heç vaxt deməmişdi..."

Həyat yoldaşının şəhid xəbərini ona deməyə heç kəs ürək eləməyib. Əvvəlcə yaralı olduğunu söyləyiblər: "Səhərə qədər dua elədim ki, təki sağ olsun. Ayağı olmasın, əli olmasın. Ona ayaq da olaram, əl də olaram. Ən azı nəfəsi olsun...

...Evdə hər yerdə işıqları yandırıram, amma ev işıqlanmır. Bütün pəncərələri açıram, elə bil hava yoxdur. O yoxdur deyə elə bil heç nə yoxdur, bu evin hər şeyi o imiş, nəfəsi o imiş... 12 illik həyatımızda, bəlkə də, həyatımın sonuna qədər yaşaya biləcəyim ən gözəl həyatı yaşatdı mənə. Bizim bu dördbucağımız yəqin ki, mənim də ömrümün axırına qədər gedəcək".

Şəhid yükünün ağırlığı atası Oktay Məmmədovun çiyinlərinə çöküb. Danışmaq nə qədər ağır olsa da, oğlu ilə bağlı ən gözəl və həm də ən ağır xatirələrini dilə gətirir. Deyir ki, onu şəhid olandan sonra daha yaxından tanıyıb: "Belə bir vətənpərvər ailədə böyüyən övlad ancaq şəhid ola bilərdi. Şəhid olandan sonra komandiri mənə özü göstərdi ki, o necə şən imiş, ətrafı ilə necə münasibətdə olub. Mən ona da dedim, hələ bu yaşacan görməmişdim ki, oğlum ətrafı ilə belə münasibətdə olsun. Özüm onu indi tanımağa başlamışam...Bunları gördükcə bir tərəfdən kədərlənirəm, bir tərəfdən də fəxr edirəm ki, mənim oğlum öz valideynlərinə layiq övlad kimi böyüyüb".

Şəhid atasının oğluyla evdəki sonuncu dialoqu isə dərsliklərə salına biləcək örnəkdir: "Bundan əvvəl də 2-3 dəfə işğaldan azad olunmuş ərazilərə gedib. Axırıncı dəfə sentyabrın 19-da getdi. Getməmişdən qabaq gecə yanıma gəldi. Mən ona ürək-dirək verdim. Dedim, "oğul, qorxma, get. Bu bizim son döyüşümüz olacaq, Xankəndiyə bayraq sancacağıq. İnsan qorxanda onun başına iş gəlir. Mərd ol, özünü qoru, sağ-salamat geri qayıt!". Onu belə yola saldım. Bir də axırıncı dəfə axşamüstü, saat 4 ya 5 olardı, telefonla söhbət elədik. Dedi "danışa bilmirəm, yol gedirik". Bu sonuncu söhbətimiz oldu".

Rasimi qonşuluqda Xuraman müəllimənin oğlu kimi tanıyırlar. O, Xətai rayonunda anasının çalışdığı 254 nömrəli məktəbi bitirib. Daha sonra Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb və Tovuz qarnizonunda hərbi xidmətdən sonra polis əməkdaşı kimi kimi fəaliyyətə başlayıb.

Xuraman Məmmədova deyir ki, övladı həm məktəbdə oxuduğu müddətdə, həm də ondan sonra ailəsini utandıracaq heç bir hərəkət etməyib. Həmişə onların başını uca edib: "Bu hadisələr baş verənə qədər mən elə bilirdim ki, Rasim bizim ailənin övladıdır, amma onun dəfn mərasimində izdihamı görəndən sonra anladım ki, oğlum Azərbaycan xalqının övladıdır. Bir övlad kimi başımızı aşağı edən, utandırıcı hərəkəti olmayıb. Onun haqqında keçmiş zamanda danışa bilmirəm.

Mən həmişə şəhid ailələrini dəvət edib məktəbdə tədbirlər keçirmişəm. İndi həmin analar mənə dəstək olmağa, ürək-dirək verməyə gəlirlər. Mən həmişə millətimizin balalarını sinəmə sıxmışam, onlara dəstək olmuşam. İndi Rasim bizim boynumuza çox ağır yük qoyub gedib. Oğlumun iki övladı bizə yadigar qalıb. Mən Rasimin iyini onlardan almağa çalışıram".

Xuraman xanım deyir ki, oğlunun şəhidliyindən sonra yuxusu da ərşə çəkilib. Hər gün o ümidlə yatır ki, bəlkə Rasim yuxusuna girər: "Yatıram ona görə ki, bəlkə, yuxuma gələr. Hər səhər duranda deyirəm, ay bala, yenə yuxuma gəlmədin. Qohumlardan kimin yuxusuna gəlibsə, hamısına deyib ki, anam qoy ağlamasın.

Axırıncı dəfə getməmişdən əvvəl gəldi, görüşdü. Ananın övladına ürək sözü nə ola bilər ki, dedim, ehtiyatlı olun. Dedi "neçə dəfə gedib-gəlmişik, bu dəfə də gedib gələcəyik, ürəyini buz kimi saxla".

Rasim Məmmədov dediyi kimi qayıtdı, vədinə əməl etdi. Amma daha uca adla, Azərbaycan bayrağına bükülmüş şəhid kimi...

İndi ondan qoyub getdiyi xatirələrlə bərabər iki övladı – 12 yaşlı Rüstəm və 8 yaşlı Rəsul yadigar qalıb. Atalarının şəhadətini tam anlamasalar da, onun bundan sonra haradasa ucalıqda, yüksəkdə olduğunu dərk edirlər.

Hər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportajHər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportajHər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportajHər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportajHər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportajHər saata baxanda gözləri 19:45-i görür... - Şəhid polisin evindən reportaj


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1070   Tarix: 20 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr