Şöhrəti tarix olan Quba alması - ARAŞDIRMA

Şöhrəti tarix olan Quba alması - ARAŞDIRMA"Qubanın ağ alması, yeməyə var alması...

Qubadan alma aldım, yarıma yola saldım..."

Vaxtilə adına mahnılar bəstələnən, yara ən gözəl hədiyyə sayılan Quba alması dardadır. Fermerlər almanın keyfiyyətsizliyindən, satılmamasından, dəyərinin azalmasından şikayətlənir, mütəxəssislər isə baxımından... Maraqlıdır, problem nədədir? Dünyaya səs salan Quba alması artıq şöhrətini itirirmi?

"Kaspi" qəzeti bu və digər suallara məqalədə cavab tapmağa çalışıb.

Kasıb fermerlər almanı sata bilmirlər

Fermer Rəşad Nəcəfinin Qubada bir hektar alma bağı var. Deyir ki, meyvə yığımından sonra, il ərzində qoyduqları xərci götürə bilmirlər. Bu səbəbdən alma əkimindən imtina etmək məcburiyyətində qalırlar: "Meyvələrin, xüsusilə də Quba almasının qiymətinin düşməsinə Rusiya-Ukrayna müharibəsi və rublun kəskin surətdə dəyər itirməsi ciddi təsir etdi. Son illərdə şimal bölgəsində şirkət bağlarının çoxalması da sadə, kasıb fermerlərin satışına ciddi mane olur".

"Çəkdiyimiz xərc qazancımızdan çoxdur"

Məlumdur ki, meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun lazımi aqrotexniki tədbirlərin görülməsi mütləqdir. Fermerin sözlərinə görə, dərman qiymətlərinin baha olması fermerlərin vəziyyətini çətinləşdirir: "Meyvələri zərərvericilərdən qorumaq üçün istifadə olunan dərmanın qiyməti hədsiz bahadır. Təsəvvür edin, il ərzində meyvə bağını ən az 20 dəfə dərmanlamaq tələb olunur. Biz fermerlərin o qədər dərmanı almağa imkanımız yoxdur. Bunu etsək belə, sərf etdiyimiz məbləğ satdığımız məhsulun qiymətindən də çox olur. Çünki tək dərman deyil, bunun budaması, gübrəsi, yığımına tələb olunan xərc də var. Bu işləri normal görmək lazımdır ki, vaxtında yaxşı da məhsul götürə biləsən".

Daxili bazarda məhsul çoxdur

Rəşad Nəcəfi hazırda alma bağlarından yığdıqları məhsullarını anbarda saxladığını bildirir. Deyir ki, yaxşı qiymətə alıcısı çıxsa, satacaq: "Saxlamaq da bizə sərf etmir, çünki çox qaldıqca, almanın suyu çəkilir, yüngülləşir və keyfiyyətdən düşür. Əvvəllər rahatlıqla Rusiya bazarına satırdıq. Hazırda bunu edə bilmirik. Ancaq daxili bazara satmaq məcburiyyətində qalırıq, o da tələbatımızı ödəmir. Çünki daxili bazarda məhsul çoxdur. Şirkət bağları daxili bazarı istənilən səviyyədə təmin edir".

Quba camaatı alma bağlarını ləğv edir?
Fermerin sözlərinə görə, Quba camaatı alma bağlarını ləğv edib, pula daha yaxşı satılan meyvə ilə əvəzləyirlər: "Texnika ilə dərman səpmək, hektarına görə 30 manatdır. Yığımı vaxtında bitirmək üçün əlavə işçi qüvvəsi lazım olur ki, yeşiyin biri 80 qəpikdən yığılır, 30 qəpik daşınma xərci, 40 manat isə traktorun həyətə gətirilməsidir. Camaat alma bağlarını ləğv edib, yerində tez yetişən, almadan da baha satılan meyvələr əkirlər. Əsasən, xarici sortlara üstünlük verirlər. Bu səbəbdən də Qubada ildən-ilə sadə fermerlərin əkdiyi alma bağları azalır".

Alıcılar səhv yönləndirilirlər

Fermerlə söhbətimizdən məlum olur ki, dərmanların keyfiyyətsizliyi də kənd təsərrüfatı məhsullarında ciddi problem yaradır. Həmsöhbətimiz iddia edir ki, kənd təsərrüfatında istifadə edilən dərmanların tərkibindəki ana maddənin miqdarı aşağı olur: "Məsələn, dərman alırıq, üzərində yazılıb ki, 10 litr suya 100 qram dərman əlavə etmək lazımdır. Biz elə vaxt olur ki, hətta onun üzərində yazılan dozadan bir qat da artıq tökürük, lakin xeyri olmur. Dərman dükanlarına nəzarət yoxdur. Hər kəs ürəyi istəyən məhsulu gətirir, istədiyi kimi satır. Dərman dükanlarında işləyənlərin çoxunun aqronomluq ixtisası yoxdur. Bu səbəbdən, alıcılar səhv yönləndirilir".

Klassik sortlar yetişdirilmir

Quba Regional Təlim Mərkəzinin aparıcı mütəxəssisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Mədət Qurbanov deyir ki, Quba alması ilə bağlı ən böyük problem artıq klassik sortların yetişdirilməməsidir: "Quba almasının keyfiyyəti düşməyib, sadəcə, şimal bölgəsində şirkət bağlarının çoxalması adi fermerlərin işinə təsir edib. Quba alması ilə bağlı ən böyük problem köhnə sortların artıq yetişdirilməməsidir. Ən əsası isə, yerli sortlar sıxışdırılır. Adi fermerlərin əkdiyi alma sahələrinin sayı azalıb. Şirkət bağları müasir standartlara cavab verir və yeni, müasir sortlar əkilir. Fermerlər də rəqabətdə bu bağlara uduzurlar".

"Napoleon", "kitayka", "antonovka"...

Mütəxəssis vurğulayır ki, indi yerli sortlarımızdan "cırhacı", "qızıləhmədi" qalıb: "Vaxtilə bizim bağlarda geniş yayılan "Napoleon" sortu olub, indi tapmaq mümkün deyil. Çünki bu almalar əmtəə qabiliyyətli deyil. Yəni bu gün bazarda "Napoleon", "kitayka", "antonovka" satılmadığına görə, əkilmir. Bu gün az-çox bağlarda "simirinko reneti" , "qızıləhmədi", "cırhacı", "sinab" sortlarını tapmaq mümkündür. Təəssüf ki, hazırda hamı bazar üçün işləyir. Bazarın da özünün qaydaları var. Ona görə də klassik alma sortları yetişdirilmir".

Alma bağlarını gilas bağları əvəzləyib

M.Qurbanovun sözlərinə görə, hazırda Qubada fermerlər gilas bağlarına üstünlük verirlər: "Fermerin müəyyən sahəsi olur. O sahəni becərməklə öz dolanışığını təmin etməyə məcburdur. O da hansı meyvə sortunu pula çevirə bilirsə, onu əkir. Məsələn, şimal bölgəsində gilas bağlarının sayı ildən-ilə artır. Çünki gilasa tələbat çoxdur. Amma alma elə deyil. Şimal bölgəsində təxminən 15-16 min hektar damcı suvarma sistemi ilə suvarılan, müasir texnologiya ilə işləyən şirkət bağları mövcuddur. Onların yetişdirdiyi almaların keyfiyyəti, standartı yüksəkdir. Fermerlərin yetişdirdiyi almalara isə tələbat yoxdur. Ona görə də məcburdurlar ki, almanı çıxarsın, daha çox gəlir gətirən meyvəni əksin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1196   Tarix: 21 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr