Xırdalan sakini 10-dan çox itin hücumuna məruz qaldı - VİDEO - YENİLƏNİB
Abşeron rayonu Xırdalan şəhəri ərazisində sahibsiz itlərin insanlara hücum halları davam edir.
BAKU.WS xəbər verir ki, Abşeron rayon icra hakimiyyəti yaranmış vəziyyətə münasibət bildirib.
Qeyd edilib ki, məsələnin həlli istiqamətində işlər görülür:
"Tərəfimizdən Abşeron rayonunun yaşayış məntəqələrində, eləcə də Xırdalan şəhərində sahibsiz itlərə qarşı profilaktik tədbirlərin göstərilməsi məqsədi ilə "Toplan" Sahibsiz itlərə qayğı mərkəzinə rəsmi müraciət edilsə də onlar Bakı şəhərindən kənar ərazilərdə xidmət göstərmədiklərini bildirmişlər.Yuxarıda qeyd olunanları və rayonun yaşayış məntəqələrində sahibsiz itlərin çoxluğunu nəzərə alaraq hal-hazırda tərəfimizdən rayon ərazisində sahibsiz itlər üçün xüsusi sığınacağın tikinti layihəsi hazırlanmışdır. Sığınacaqda itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəslərinin yaradılması və heyvanların peyvəndlənmə, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyatların aparılması nəzərdə tutulmuşdur. Hal-hazırda tikintiyə başlanması üçün hazırlıq işləri aparılır".
***10:07
Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları davam edir.
BAKU.WS xəbər verir ki, belə fakt Xırdalanda ilk deyil.
Kristal 1 (Park Xırdalan) ünvanında yaşayan sakinlər itlərin onlara hücum etdiyini bildiriblər.
Sakinlərdən biri axşam saatlarında mağazaya düşərkən it ona hücum edib.
BAKU.WS-in "Qaynar xətti"nə göndərilən görüntülərdə itlərin sürü ilə gəzdiyi görünür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2053 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr