"Şahramanyan mitinqdə səsləndirdiyi sərsəm bəyanatına görə cinayət məsuliyyətinə cəlb edilməlidir" - DEPUTAT
"Sahramanyanın İrəvandakı mitinqdə səsləndirdiyi "Dağlıq Qarabağ respublikası ləğv olunmayıb" kimi sərsəm açıqlaması bir daha ermənilərin necə yalançı və saxtakar millət olduğunu sübut etdi".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, ermənilər heç bir zaman verdikləri sözə və imzaladıqları rəsmi sənətə hörmət etməyiblər:
"Sahramanyanın İrəvandakı mitinqdə səsləndirdiyi fikirlər ermənilərin hər zaman ikiüzlü və riyakar siyasət yeritdiyini bir daha göstərdi. 44 günlük Vətən Müharibəsindən əvvəl və sonra da Ermənistan daim atəşkəsi pozaraq müxtəlif təxribatlara əl atıb. Azərbaycan keçən 3 il ərzində üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistan isə hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb. Bilirsiniz ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. 3 il ərzində Azərbaycan tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayan separatçılar öz təxribatlarına davam etdirdi. Bu təxribatlar təbii ki, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaradırdı. Nəticədə də ordumuz növbəti dəfə Qarabağda birgünlük lokal antiterror əməliyyatı keçirərək erməni hərbi birləşmələrini diz çökdürdü".
Deputat vurğulayıb ki, ermənilərdən fərqli olaraq Azərbaycan heç bir zaman uşaqları, qadınları və mülkü vətəndaşları hədəf seçməyib:
"Biz hər zaman mübarizəmizi hərb meydanında aparıb, zəfərimizi qazanmışıq. Ermənilər kimi qadınların, uşaqların və mülki vətəndaşların arxasında gizlənməmişik. Bu baxımdan da Samvel Şahmaryanın İrəvanda keçirilən mitinqdə səsləndirdiyi fikirlər sərsəm açıqlamadan başqa bir şey deyil. Şahramanyan mitinqdə səsləndirdiyi sərsəm bəyanatına görə cinayət məsuliyyətinə cəlb edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1777 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr