MEDİA Avstriya mətbuatında dərc olunan saxta xəbərlə bağlı açıqlama yayıb

MEDİA Avstriya mətbuatında dərc olunan saxta xəbərlə bağlı açıqlama yayıbAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Avstriyanın "Der Standard" qəzetinin 21 oktyabr nömrəsində dərc olunmuş saxta xəbər (feyk nyus) əsaslı material barədə açıqlama yayıb.

BiG.AZ həmin açıqlamanı təqdim edir:

"Avstriyanın "Der Standard" qəzeti 2023-cü il 21 oktyabr il tarixli nömrəsində "Dağlıq Qarabağda etnik təmizləmə təhlükəsi" başlıqlı reportaj yayımlanıb. Materialın müəllifi, telejurnalist Jo Angerer heç bir araşdırma aparmadan müxtəlif detalları fakt kimi təqdim edərək bu il sentyabrın 19-da Azərbaycanın öz ərazisində beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək apardığı lokal antiterror əməliyyatı barədə yanlış təəssürat yaratmışdır. Jurnalist auditoriyanı yönləndirmək məqsədilə xəbərin miqyası və məzmunundan daha çox onun şərh hissəsini manipulyasiya predmetinə çevirmiş, qarşı tərəfin rəyini nəzərə almayaraq jurnalistikanın balans prinsipini pozmuş, bölgədəki mövcud vəziyyəti obyektiv ifadə etməyən birtərəfli material hazırlamışdır.

Azərbaycan Respublikasının müvafiq rəsmi hakimiyyət orqanları hansı media subyektində çalışmasından və hansı ölkəni təmsil etməsindən asılı olmayaraq bütün jurnalistlərin informasiya əldə etmək hüququna hörmətlə yanaşır və jurnalist sorğularının operativ cavablandırılmasına hər zaman hazırdır. Vurğulamaq istərdik ki, nə "Der Standard" qəzeti, nə də Jo Angerer lokal antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına heç bir müraciət etməmişdir.

Qeyd edək ki, adıçəkilən qəzetdə verilmiş reportajda lokal antiterror əməliyyatı zamanı mülki əhalinin itkilərinin olması barədə uydurma versiyanın irəli sürülməsi saxta xəbərdir ("feyk nyus"). Belə ki, reportajda dəfələrlə Azərbaycan Respublikasının dəvəti ilə bölgədə səfərdə olaraq monitorinqlər aparmış Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının lokal antiterror əməliyyatı zamanı mülki əhaliyə heç bir ziyan dəymədiyi və bununla bağlı hər hansı fakt qeydə alınmadığı barədə rəyi belə nəzərə alınmamışdır. Xatırlatmaq istərdik ki,

BMT-nin, Beynəxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşları erməniəsilli sakinlərin Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən qovulması və onlara qarşı zor tətbiq edilməsi ilə bağlı heç bir hal təsdiq etməmişdir. Habelə erməniəsilli şəxslər bölgəyə gəlmiş beynəlxalq media subyektlərinə, eyni zamanda Ermənistanın aparıcı media qurumlarına verdikləri çoxsaylı açıqlamalarında mülki əhaliyə heç bir ziyan dəyməməsi faktını dəfələrlə vurğulamışlar.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq "Der Standard" qəzetində şəxsi, subyektiv siyasi mülahizələr əsas götürülərək reallıqları təhrif edən, media etikası və jurnalistin peşəkarlığı prinsipləri ilə bir araya sığmayan materiala yer verilməsinin təəssüf hissi doğurduğunu bildirir, eyni zamanda sözügedən qəzeti Azərbaycan Respublikasının rəsmi mövqeyini nəzərə alaraq regionumuzda mövcud siyasi reallıqlar barədə material hazırlamağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 611   Tarix: 23 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr