Bakıda baş həkim qaynı tərəfindən döyüldü - Özünü avtomobilin qarşısına atıb...
Bakıda "Yaşam Tibb" Mərkəzinin baş həkimi, kardioloq, professor Ceyhun Hacıyev çalışdığı xəstəxananın qarşısında qaynı tərəfindən döyülüb.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Fətəli Xan Xoyski küçəsi, 112 ünvanında baş verib.
Olaya səbəb Ceyhun Hacıyevin mərhum həyat yoldaşı Zenfira Hacıyevanın adına rəsmiləşmiş Şamaxıdakı mənzil olub. Zenfira Hacıyevanın qardaşı Sahib bacısının vəfatından əvvəl onun adına 45 min manat kredit götürüb.
Əvəzində Şamaxıdakı evi bacısının adına keçirib. Zenfira Hacıyevanın vəfatından sonra Ceyhun Hacıyev kreditdən xəbər tutub və evi qızı Leylanın adına rəsmiləşdirib.
Bundan sonra Ceyhun Hacıyevlə qaynı arasında mübahisələr yaranıb və iş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə əmlakın Leyla Hacıyevaya məxsus olduğunu təsdiqləyib.
Bundan narahat olan Sahib Ceyhun Hacıyevin baş həkim işlədiyi "Yaşam Tibb" Mərkəzinə gedib və onunla görüşmək istəyib.
Baş həkim görüşmək istəmədiyi üçün Sahib onun işdən çıxmasını gözləyib. Ceyhun Hacıyev "Toyota Prado" markalı avtomobili ilə hərəkətdə olarkən Sahib qəfildən özünü maşının qarşısına atıb.
Həkim avtomobildən düşüb ona yaxınlaşarkən Sahib təpik zərbələri endirib. Daha sonra isə yumruqla çənəsinə vurub. Hadisə yerinə gələn işçilər həkimi klinikaya aparıblar.
Sahib polislər tərəfindən saxlanılıb, protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmədə baş həkim təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə 1960-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş Sahib Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1000 manat miqdarında cərimə edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2852 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr