Azərbaycanlı müğənni 1 milyon ziyana düşdü - VİDEO
Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb.
Sonxeber.az yenisabah.az-a istinadən xəbər veirr ki, bu haqda sənətçi "Rəngarəng səhər" verilişinə müsahibəsində deyib.
Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib:
"Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Bu restoran işinə Əhləmə görə başladıq ki, o iş adamı olsun. O da şair, incəsənət adamıdır. Dedi ki, "ana məndən iş adamı olmaz". Sonra da gördük ki, restoran biznesi bizlik deyil və onu bağlamağa qərar verdik".
F.Laçın restorana görə hətta borca-xərcə düşdüyünü bildirib:
"Bəli, borca düşdük, amma zamanında restoranı bağlamasaydıq, daha çox ziyana düşərdik. Elə ona görə də restoranı bağladıq. 1 milyon rubldan bir az artıq (17800 manat) ziyana düşdük. Ömür boyu mən ziyana düşə-düşə gedirəm".
Sənətçi təməlli Vətənə geri dönəcəyi ilə bağlı suala belə cavab verib: "Bax, bunu deyə bilmərəm. Bunu Allah bilir. Gələcək haqqında bir söz deyə bilmirəm. Allah nə zaman qismət edərsə, qayıdaram Bakıya. Amma hələ Moskvadayam".
Fədayə Moskvada özünə ev almadığını deyib: "Hələ ev almamışam. Çünki orada hər şey bahadır. Ev almaq heç də asan iş deyil. Amma planlarımda var və məqsəd də odur".
Sənətçi Azərbaycan şou-biznesi ilə maraqlanmadığını bildirib:
"Heç kimi izləmirəm və heç kimdən xəbərim də yoxdur. Şou-biznesdə baş verən hadisələrdən xəbərim yoxdur. Onlar heç mənə maraqlı da deyil. Kimə lazımdır axı? Heç maraqlı da deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2509 Tarix: 24 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr