Bədbin proqnoz: Məhsulların qiyməti ARTACAQ

Bədbin proqnoz: Məhsulların qiyməti ARTACAQ"Əksər kənd təsərrüfatı məhsullarının mövsümü artıq başa çatıb. Hazırda çox az meyvə və bəzi tərəvəzlərin mövsümü davam edir. Bu məhsulları çıxmaq şərti ilə qalan bütün ərzaq məhsullarının qiymətləri yaxın zamanda qalxacaq".

Bunu Bizim.media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, qiymət artımı təkcə mövsümlə bağlı deyil:

"Bu məsələdə xarici faktor da xüsusi rol oynayır. Məsələn, artıq üçüncü həftədir ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artır. Bu da səbəbsiz deyil. Bu mövsümdə Rusiyada əvvəlki illə müqayisədə 15 milyon ton az taxıl istehsal olunub. Rusiyada taxıl istehsalı ötən il 150 milyon ton idisə, bu il cəmi 135 milyon ton taxıl tədarük edilib. Bunun da 95 milyon tonu ərzaqlıq buğdadır.

Yəqin ki, bunun yarısı ixrac olunacaq. Biz də ərzaqlıq buğdanı əsasən Rusiyadan alırıq. Rusiyada istehsalın azalması o deməkdir ki, aldığımız buğdanın qiyməti artacaq. Bu da öz növbəsində unun və çörəyin qiymətinə təsir edəcək. Yəni unun, ola bilsin ki, çörəyin də qiyməti qalxacaq".

Hansı məhsullar bahalaşacaq?

Akif Nəsirli onu da qeyd edib ki, yaxın günlərdə soğan-kartof və digər zəruri tərəvəz məhsullarının qiymətində artım görünəcək:

"Ümumiyyətlə, dünya bazarında ərzaq məhsullarının bahalaşması meyilləri müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, idxal olunan bir sıra ərzaq məhsulları bahalaşacaq. Yəni yerli məhsullar mövsüm bitdiyinə görə, idxal edilən məhsullar isə dünyada baş verən qiymət artımına görə bahalaşacaq.

Əsas qida məhsulu olan heyvan ətinin qiyməti də yeni ilə qədər artmaqda davam edəcək. Bu da yerli istehsalın azalması ilə bağlı məsələdir. Çox təəssüf ki, ilbəil heyvandarlıqda istehsal tempi aşağı düşür".

Müsahib bəzi məhsulların qiymətinin enəcəyinin, bəzilərininsə sabit qalacağının anonsunu verib:

"Yalnız "ikinci çörək" hesab edilən düyü gələn həftədən etibarən ucuzlaşacaq. Bu da əsas düyü ixracatçısı olan Hindistanın ixraca qoyduğu embarqonun qaldırılması ilə bağlıdır. Quş əti və yumurtanın da qiymətinin stabil qalma ehtimalı böyükdür. Çünki bu sahədə tələbat əsasən yerli istehsal hesabına ödənilir. Ona görə də quşçuluq məhsullarının qiymətində artım ehtimalı çox aşağıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1217   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr