"Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil" - DEPUTAT

"Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil" - DEPUTATBu gün Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Polis haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, əvvəlki oxunuşlarda layihə ilə bağlı kifayət qədər geniş məlumat verilib, ikinci oxunuşdan sonra mahiyyət üzrə heç bir təklif daxil olmayıb:

"Sadəcə, bəzi həmkarlarımız polisin sosial rifahı ilə bağlı xoş niyyətli təkliflər səsləndirdi. Polsin rifahı daim dövlətin diqqət mərkəzindədir. Öncə Ulu Öndər, hazırda isə möhtərəm Prezidentin xüsusi qayğısı nəticəsində Daxili İşlər Nazirliyinin fəaliyyəti və infrastrukturunun təkmilləşməsi, o cümlədən polisin rifahı daim artan xətt üzrə inkişaf edib. Bu gün Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşən əsas maaşdan, habelə xüsusi günlərdə və əsas iş vaxtından əlavə işləməyə görə müəyyənləşən əlavə məbləğlərdən ibarətdir. Bundan başqa polis əməkdaşına xidmət şəraitinə görə əlavələr, birdəfəlik müavinət və başqa ödənişlər verilir. Polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir.

Polis əməkdaşının özünü doğrultmuş pensiya və sosial təminat mexanizmi mövcuddur, polisin həyat və sağlamlığı dövlət büdcəsi hesabına sığortalanır. Ən əsası isə polisin maddi və sosial təminatının yüksəldilməsi davamlı xarakter alıb. Ona görə də həmkarlarımıza diqqətlərinə görə təşəkkürümüzü bildirir və onları əmin edirik ki, Azərbaycan polisi özünün yüksəlməkdə olan sosial rifahından, dövlətin, şəxsən Prezidentin qayğısından çox razıdır. Bu gün dövlət başçısının da iradəsi ondan ibarətdir ki, qalib Azərbaycanın qəhrəman polisi ən yüksək standartlara uyğun şəkildə yaşamağa layiqdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir. Ən azından son 5 illik dövrü təhlil etdikdə bu reallığı aydın formada görə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1608   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr