Naxçıvan Hərbi Prokurorluğunda "Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı" adlı tədbir keçirilib
Oktyabrın 24-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Hərbi Prokurorluğunda "Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı" adlı elmi-praktik konfrans keçirilib.
Hərbi Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Naxçıvanın hərbi prokuroru Aqil Axundov bildirib ki, 20 il bundan əvvəl, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlanıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilib. Xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, hər ili tərəqqi ili olan son 20 ildə Azərbaycan Respublikası uğurlu yol keçib, o cümlədən bütün ərazisində suverenliyini tam bərpa edib.
Qazanılan uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu qeyd edilib.
Habelə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və müdrik sərkərdəliyi, xalqımızın dəmir iradəsi, hərbçilərimizin qəhrəmanlığı qüdrətli Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərtləndirib və bu böyük tarixi hadisə Ulu Öndərin 100 illiyinə, "Heydər Əliyev İli"nə möhtəşəm töhfə olub.
Mövzu ilə bağlı digər məruzəçilər də çıxışlar ediblər.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 844 Tarix: 24 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr