Müalicə olunmamış zökəmin qorxunc fəsadları
"Zökəmin yanlış müalicəsi və ya ona məhəl qoymamaq ciddi xəstəliklərin inkişafına səbəb ola bilər".
Bunu rusiyalı otorinolarinqoloq, cərrah Aleksey Litvinov deyib.
O, sonadək müalicə olunmayan zökəmin sinüsitə, hətta haymoritə keçə biləcəyini vurğulayıb. Həmçinin iltihab digər burunətrafı ciblərə da keçərək rinosinüsitə səbəb ola bilər. Bu xəstəlik burun tutulması, irinli ifrazat və güclü baş ağrısı ilə xarakterizə olunur.
Otorinolarinqoloq xəbərdarlıq edib ki, bu vəziyyətdə xəstəliyə məhəl qoymasanız və dərhal onunla məşğul olmağa başlamasanız, bu, hətta kəllədaxili rinogen ağırlaşmalara qədər gətirib çıxara bilər.
"Bu, inkişaf mexanizmi iltihab yaradan bakteriyaların ilkin infeksiya ocağından beyin qişalarına nüfuz etməsinə əsaslanan bütöv bir xəstəlik qrupudur. Bu, qan sepsisi, görmə sinirinin və gözün qişalarının iltihabı, osteomiyelit, beyinin absesi, meningitə gətirib çıxarır", - deyə Litvinov bildirib.
Sonda o xatırladıb ki, haymorit zamanı insanda tromboz - beyin ciblərinin ölümlə nəticələnən tıxanması inkişaf edə bilər. Bu baxımdan, vaxtında mütəxəssisə müraciət etmək vacibdir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 687 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr