Gənclər Kitabxanasında şübhəli satınalma - Təmiri aparan kimdir?

Gənclər Kitabxanasında şübhəli satınalma - Təmiri aparan kimdir?Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası cari ilin avqust ayının 31-də "qeyri yaşayış sahəsinin təmiri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, smetası 13.000 manat olan bu satınalmada "SAFFİR - LL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"SAFFİR - LL" MMC Gənclər Kitabxanasının "qeyri yaşayış sahəsinin təmiri" lotu üzrə sifarişçi olduğu 69622 nömrəli satınalmanın elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınıb.

"SAFFİR - LL" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Saatlı şəhəri, M.Əliyev küçəsi ev 5, mənzil 0.

Şirkətin qanuni təmsilçisi Əliyev Xəyyam İlham oğludur.

Satınalma müqaviləsinin şərtlərinə görə "SAFFİR - LL" MMC Gənclər Kitabxanasında 1339 m2 sahədə divardakı çatları əl ilə təmizləməli, tavanın 428 m2 sahəsi suyadavamlı emulsiya ilə rəbgləməli, 50.9 m2 tavanda çat vermiş suvağı əl ilə dağıtmalı, metal tor çəkməli və 3.5 sm qalınlığında sement qum məhlulu qarışığı ilə suvamalıdır. Eyni zamanda şirkət Gənclər Kitabxanasında 6.3 m2 döşəmədə aşınmış laminat, dikt və taxta reykaları əl ilə sökməli, 8 mm ölçüdə laminatla yeniləməlidir.

On manat nizamnamə kapitalı olan "SAFFİR - LL" MMC-nin müvafiq lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti barədə açıq internet resurslarında heç bir məlumat olmayan, sifarişçi təşkilatın - Gənclər Kitabxanasının satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan "SAFFİR - LL" MMC-nin hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallara yol açır.

Qlobal.az fəaliyyəti ilə bağlı açıq internet resurslarında heç bir məlumat olmayan, hüquqi ünvanı qeyrid dəqiq olan və satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan "SAFFİR - LL" MMC-nin Gənclər Kitabxanasında bu işləri hansı resurslar hesabına aparacağı ilə bağlı məlumat yörənmək istəyib. Lakin Gənclər Kitabxanası bu barədə məlumat vermədi.

Qlobal.az Respublika Gənclər Kitabxanasının fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənib.

Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadənin açıqlamasında deyilir: "Azərbaycan Respublikası Hesablama Palatası tərfindən 2022-2023-cü illərdə Respublika Gənclər Kitabxanasında audit həyata keçirilməmişdir".

Qeyd edək ki, Respublika Gənclər Kitabxanası 1928-ci ildən fəaliyyətə başlayıb. 1937-ci ildə Respublika Gənclər Kitabxanasına tanınmış dramaturq Cəfər Cabbarlının adı verilib.

Kitabxanada yeddi şöbə, bir oxu zalı fəaliyyət göstərir.

Xatırladaq ki, Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovdur. O, 2022-ci ilin yanvar ayında bu vəzifəyə təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 695   Tarix: 25 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr