"Vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlət nümayəndələrinin adı "qara siyahı"ya salınsın" - Deputat
Xəbər verdiyimiz kimi Fransa və Ermənistan müdafiə nazirləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransa və Ermənistan arasındakı imzalanan hərbi əməkdaşlığın məqsədi regionda vəziyyəti gərginləşdirməyə və sülh müqaviləsinin imzalanmasına maneə olmaqdır:
"Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri gözlənilən idi. 30 il ərzində işğala göz yuman və soydaşlarımıza qarşı törədilən soyqırımlara, vəhşiliklərə qarşı səssiz qalan Fransan bu gün ermənilərin müdafiəçisinə çevrilib. 44 günlük Vətən müharibəsinə qədər işğalçıya gizlin dəstək olan Fransa bu gün açıq-aşkar Ermənistanın yanında olduğunu bəyan edir. 30 il ərzində Ermənistan kimi Fransa da mövcud status-kvonun qorunub saxlanılması üçün çalışıb. Hələ də Fransa Azərbaycanın Qarabağ problemini öz gücünə həll edərək, ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Ona görə də qəbul etdiyi qətnamələr və atdığı addımlarla Azərbaycan-Ermənistan arasındakı münasibəti yenidən gərginləşdirməyə çalışır".
Deputat vurğulayıb ki, Fransa Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini davam edərsə bu ölkə ilə münasibətlərimizə yenidən baxmalı olacağıq:
"Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli və Qarabağın əsil sahibinə geri qaytarılmasını qəbul etməlidir. Təəssüf ki, 30 il ərzində fransız deputatlar və digər dövlət qurumlarının nümayəndələri Qarabağa qanunsuz səfərlər ediblər. Bilirsiniz ki, bir müddət əvvəl də Fransa prezidentliyinə namizəd Valeri Pekresin gizlin və qeyri-qanuni yolla Xankəndi şəhərinə səfər etmişdi. Təklif edirəm ki, vaxtıilə Qarabağa və Xankəndinə qanunsuz səfər edən Fransa dövlətinin nümayəndələrinin adı XİN-in "qara siyahı"sına salınsın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabr