Nurlan Əliyev: "Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması tədbirlərinin sayı artıb"
"Azyaşlılar ilə bağlı narkotik vasitədən istifadəsi və bunun geniş vüsət alması faktını tədiqləməzdim. Bu dinamik artıq aşağı düşüb. Məktəblərdə, təhsil ocaqlarında narkotik vasitələrin təsiri altında, bundan istifadəsi ilə bağlı fakt polis əməkdaşları tərəfindən aşkarlanmayıb. Apardığımız müşahidələr onu göstərir ki, bəzi hallarda yeniyetmələr arasında narkotik vasitələrin mövcudluğu faktları var. Bununla bağlı, daha çox polis əməkdaşları tərəfindən keçirilən maarifləndirici tədbirlər əsas rol oynayır".
Sonxeber.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. Nurlan Əliyev müsahibə zamanı İrandan Azərbaycana gətirilməsi cəhdlərinin artımı haqqında məlumat verib:
"Burada yanaşma fərqli olmalıdır. Bir neçə illər öncə bu rəqəmlər belə deyildi. Burada polisin fəaliyyətində inkişaf var və dinamika artıb. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən tədbirlərin sayı artıb. Tədbir olmasa bu gün o rəqəmlər sıfırlana bilər. Bu o demək deyil".
Qeyd edək ki, Nurlan Əliyev gənclər arasında narkotik vastələr ilə keçirilən maarifləndirici tədbirlər, apteklərdə satılan reseptsiz dərmanların yaratdığı aslılıqlar haqqında sualları cavablayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb