"Azərbaycanın Brüssel görüşündən imtina etməsində əleyhimizə təbliğat aparan dövlətlər günahkardır" - Ceyhun Məmmədov
Azərbaycan Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında oktyabrın sonunadək Brüsseldə keçirilməsi planlaşdırılan görüşdən imtina edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib ki, Azərbaycanın görüşdən imtina etməsində əleyhimizə təbliğat aparan dövlətlər günahkardır.
O qeyd edib ki, əvvəlki görüşlərdə Azərbaycan dəfələrlə iştirak etdi. Son proseslər onu göstərdi ki, danışıqların heç bir əhəmiyyəti olmadı:
"Azərbaycanın Brüssel görüşündən imtina etməsinin ciddi səbəbləri var.Təəssüflə qeyd etmək lazımdır ki, son vaxtlar Avropa İttifaqı Azərbaycan əleyhinə bir sıra təbliğat aparır, qətnamə qəbul edir.Əvvəlki görüşlərdə Azərbaycan dəfələrlə iştirak etdi. Son proseslər onu göstərdi ki, danışıqların heç bir əhəmiyyəti olmadı.Bu danışıqlarda tərəflər sadəcə Ermənistanın tərəfini saxladılar .Son proseslər bunu açıq aydın göstərdi. Əlbəttə ki, Azərbaycanın görüşdən imtina etməsində əleyhimizə təbliğat aparan dövlətlər günahkardır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb