Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvlərindən ibarət 549 şəxsə Prezidentin aylıq təqaüdü təyin olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu artıq bununla bağlı qərar qəbul edib.
Məlumata görə, habelə şəhidlərin 234 vərəsəsinə, eləcə də antiterror tədbirləri zamanı xəsarət alan hərbçilərdən 38 nəfərə dövlət icbari şəxsi sığorta ödənişi təyin edilib və bu istiqamətdə işlər davam edir.
"Şəhid ailələrinə pensiya və müavinətlərin də təyin olunması üçün aidiyyəti qurumlardan məlumatlar toplanmaqla işlər aparılır. Sosial ödənişlər şəhid ailələrinə müraciət olunmadan, e-sistemlər üzərindən proaktiv qaydada təyin olunur və onların adlarına kartlar sifariş edilir", - nazirlikdən bildirilib.
Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan bir nəfər də mülki şəxsdir. Eyni zamanda, 511 hərbi qulluqçu və bir mülki şəxs yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb