Gürcü politoloq: "Güc strukturlarımız ölkədə çaxnaşma yaratmağa imkan verməyəcək"
"Bizim güc strukturlarımız kimliyindən asılı olmayaraq heç kimə icazə verməyəcək ki, ölkədə çaxnaşma yaratsın".
Bu fikri "Report"un Gürcüstan bürosuna xarici siyasət elmləri doktoru, politoloq Malxaz Qulaşvili deyib.
Politoloq bildirib ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş tuta bilər:
"Gürcü xalqı heç bir güc yolu ilə hakimiyyət dəyişikliyinə imkan verməz. Seçki yolu ilə isə müxalifətin heç bir şansı yoxdur. Müxalifət də bunu bilir. Onun üçün seçkidən sonra səs-küy salıb ölkədə çaxnaşma yaratmaq üçün çalışır. Amma müxalifətin heç bir məkrli planı baş tutmayacaq".
M.Qulaşvili qeyd edib ki, gürcü xalqını arxasınca aparmaq üçün hazırkı vəziyyətdə müxalifətin heç bir gücü və resursu yoxdur:
"2024-cü ildəki seçki isə bu USAID kimi təşkilat üçün son olacaq. Çünki seçkilərdən sonra onlar istəklərinə çatmayıb öz mövcudluğunu itirəcəklər".
Politoloq bildirib ki, ABŞ təşkilatı kimi, USAID heç kimə boş yerə heç nə vermir:
"Bu yaxında üç serb vətəndaşını Tbilisiyə dəvət etmişdilər ki, dinc yolla hakimiyyət dəyişikliyi edilsin. Onların, əlbəttə, Gürcüstanla bağlı mühüm bir planı var. Yoxsa ki, yerli hakimiyyəti devirmək üçün niyə nümayəndələr göndərsinlər? Bu olanlar və böyük miqdarda maliyyə axını da Gürcüstan hakimiyyətində böyük şübhələr yaratdı. Buna görə də Gürcüstan təhlükəsizlik xidməti məsələni araşdırmağa başlayıb və ortaya da faktlar qoyub. Hər kəsi də təəccübləndirən bu oldu ki, bizim strateji tərəfdaşımız olan ABŞ bizə qarşı hərəkət edib", - deyə politoloq vurğulayıb.
Malxaz Qulaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti çox doğru yoldadır:
"Qafqazda sülhün olması üçün çalışır. Buna da heç kim mane ola bilməyəcək".
O bildirib ki, Gürcüstan hakimiyyəti hazırda çox güclüdür:
"Qərbin Gürcüstan hakimiyyəti ilə bağlı düşüncələri isə olduqca yanlışdır. Onlar düşünürlər ki, indiki Gürcüstan Şevardnadzenin zamanındakı Gürcüstandır. Çünki Şevarnadzenin zamanında güc strukturları zəif, bölünmüş vəziyyətdə idi. Amma indi Gürcüstan təhlükəsizlik xidməti, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyinin hazırlıq səviyyəsi çox yüksəkdir. Onlar Gürcüstanın təhlükəsizliyini qoruyurlar. İstər ölkə xaricində, istərsə də ölkənin daxilində olan bütün prosesləri çox ciddi nəzarətdə saxlayırlar. Düşünürəm ki, Gürcüstanın tarixində güc strukturları indiki kimi hazırlıqlı olmayıblar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb