Naxçıvanda yeni nazirlik yaradıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və "Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti" publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
2.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
2.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
Muxtar Respublikanın Ali Məclisi sədrinin müavini Anar İbrahimovun digər sərəncamı ilə Rahid Zahid oğlu Ələkbərli bu vəzifəyə təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb